Loading...
Bakıda yol polisi qadınlara sürpriz etdi - FOTO

Bakıda yol polisi qadınlara sürpriz etdi - FOTO

Loading...

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə yol polisi Bakıda qadın sürücülərə sürpriz edib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Azneft dairəsi yaxınlığında dayanaraq nümunəvi qadın sürücüləri müəyyənləşdirərək onlara hədiyyələr veriblər.

Aksiyanı müşahidə edən Anspress əməkdaşının verdiyi məlumata görə, yol polisi aksiya çərçivəsində ilk olaraq Gülgəz Məmmədova adlı qadın sürücünü saxlayıb. Ancaq qadın nümunəvi sürücü seçilmək üçün lazım olan şərtlərə cavab verməyib. Belə ki, Gülgəz xanım sükan arxasında təhlükəsizlik kəmərini taxmadan, üstəlik, avtomaşında sığorta şəhadətnaməsi olmadan əyləşdiyi üçün yol polisi qadını nümunəvi sürücü hesab etməyib. Ancaq bu amillər yol polisinin qadını 8 Mart qadınlar bayramı münasibətilə təbrik etməsinə mane olmayıb. Xanım sürücüyə gül dəstəsi təqdim edilərək tövsiyə xarakterli sözlər söylənib.

Aksiyanın ilk nümunəvi sürücüsü isə Afət Asayeva adlı qadın sürücü olub. Zərif cinsin nümayəndəsi sükan arxasında təhlükəsizlik kəməri taxaraq əyləşməklə yanaşı, avtomobilini bütün texniki sənədlərlə birgə idarə edirdi. Üstəlik, qadının idarə etdiyi avtomobil təmizliyi ilə seçilirdi. Bütün bu amillər Afət Asayevanın nümunəvi sürücü seçilməsi üçün kifayət edib. Afət xanım Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən gül dəstəsi, ətir, Bakıda yerləşən restoranlardan birində iki nəfərlik şam yeməyinə kupon və avtomobilə pulsuz texniki xidmət göstərilməsi üçün kupon da əldə edib.

Nümənəvi sürücü seçilən qadınlardan biri də Dilarə Abbasova olub. Yol polisi Dilarə Abbasovaya da hədiyyələr təqdim edərək 8 Mart münasibət ilə təbrik edib.

Aksiya maraqlı hadisəsiz də ötüşməyib. Belə ki, Yelena Komaşkova adlı sürücü radioda yol polisinin aksiyası haqqında eşidərək bir neçə rəfiqəsini də avtomobilinə əyləşdirərək, Azneft dairəsinə gəlib. Sürücü avtomobilini aksiyanın keçirildiyi yerdə saxlayıb. Ancaq Yelena Komaşkovanın rəfiqələri ilə birlikdə yol polisindən hədiyyə almaq cəhdi bir nəticə verməyib. Yol polisi əməkdaşları avtomobildə olan qadınlara gül dəstəsi hədiyyə etməklə kifayətlənib.

Aksiya günorta saatlarınadək davam edəcək.

Bakıda yol polisi qadınlara sürpriz etdi - FOTO

Bakıda yol polisi qadınlara sürpriz etdi - FOTO

Bakıda yol polisi qadınlara sürpriz etdi - FOTO

Bakıda yol polisi qadınlara sürpriz etdi - FOTO

Bakıda yol polisi qadınlara sürpriz etdi - FOTO

Bakıda yol polisi qadınlara sürpriz etdi - FOTO

Bakıda yol polisi qadınlara sürpriz etdi - FOTO

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Angel

17 Mart 2012 12:43

Maraqli xeberdi

JR

9 Mart 2012 22:38

bunu tv-de gormusdum.tesekkur

Sebishko

9 Mart 2012 21:32

FLOR,
bu gun verib sabah gozlerinden tokecekler onsuzda)))))))))

Əla demisən.
--------------------
<3<3<3<3<3

FLOR

9 Mart 2012 03:46

bu gun verib sabah gozlerinden tokecekler onsuzda))))))))))

fan.tarkan

9 Mart 2012 02:36

HALAL OLSUN VALLAH // NE DEYIM

senmenimsen

9 Mart 2012 00:37

Bakıda yol polisi qadınlara sürpriz etd
--------------------

Nana

8 Mart 2012 23:10

yaxwi duwunublerr :)) salonda qizlar daniwirdi ewitdim,mamaya ne qeder didim naruweniya ele elemedi)))))))))
--------------------

Какая разница, что творится у меня внутри? Главное - выгляжу я отлично, а остальное не ваше дело..

Beatrice

8 Mart 2012 22:51

he menide tutmusdular winked sagolsunlar
--------------------
Meleyimmmm loveis loveis loveis

Tatli cadi

8 Mart 2012 22:40

Ela tebrikdi .

User of Joyaz

8 Mart 2012 21:42

Amma hec bir tv ve informasiya sayti qeyd elemeyibki hediyyelerden birni veren Radio Antenn fm olub:)

gunel8877

8 Mart 2012 20:43

Hech men olan vaxti bele sheyler yox idiye Bakida, yadima gelir bir defe ele 8 Mart gunu mene 3 bal yazmishdilar, yeke garin kishi))))))) angry

ToMa_84

8 Mart 2012 20:22

İzlədim bu gün tv-də,polislərin bu jesti çox xoşuma gəldi,düzdü sabah əvəzini çıxacaqlar),onsuzda hər gün çıxırlar),ancaq yenə də yaxşı bir aksiyadır

Wolf Town

8 Mart 2012 19:54

Rossia poliside bu gun bele bir tedbir elemiwdir.Xanim suruculere gul hediyye etdiler yaxshidir

Lion_7

8 Mart 2012 19:42

hamsi pokazuxadi

settar

8 Mart 2012 19:31

sabah evezin cixarlar

Esperanza

8 Mart 2012 19:17

Aksiya maraqlı hadisəsiz də ötüşməyib. Belə ki, Yelena Komaşkova adlı sürücü radioda yol polisinin aksiyası haqqında eşidərək bir neçə rəfiqəsini də avtomobilinə əyləşdirərək, Azneft dairəsinə gəlib

1 gule gore? mocking

Resad_Mamedov

8 Mart 2012 18:53

Gun hardan cixmishdi ki?Gunahlarin yumaga calshirlar?:))))))

maria_haukaass

8 Mart 2012 18:41

INTRESTING smile

super_emocka

8 Mart 2012 17:58

ne ka guzel ne ka guzel

Cheburawka

8 Mart 2012 17:36

ıımmmm güzel jest :)

Sitat: DEL PYERO
almaqa oyresibler vermeye yoxxxx...

mocking

Yelena Komaşkova

çox bilmiş smile
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

Songena

8 Mart 2012 17:24

NEJƏ DEYƏRLƏR, ARDI GƏLSİN)

serpil

8 Mart 2012 17:23

XE XE XE COX GOZEL

DonnA

8 Mart 2012 16:55

Yalnıııızzz birrr günnn :))
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

angel barbie

8 Mart 2012 16:52

ELA ALINIB super sevgi

kenzo-1991

8 Mart 2012 16:46

maraqlidi cox gozel hereketdi yerivar

MaQe VeCSiZ

8 Mart 2012 16:34

Hə Polislərimizdidə )) Pis Yaxşı )) Ama Centlenmenlik Ediblər=)

Mr_RoCCo

8 Mart 2012 16:19

Nə gözəl, sağolsunlar)
--------------------
FaceBook
Instagram - ageelvevo

JeSsie

8 Mart 2012 16:19

Bəh-bəh nə gözəl.. winked

MisSayka

8 Mart 2012 16:18

nə qəşəng aksiyadı feel
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

Mr. Hasan

8 Mart 2012 15:58

HALAL OLSUN ELA ALINIB