Loading...
Xəbərlər

Xəbərlər

Loading...
Xəbərlər


Bu gün Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilib.

APA-nın məlumatına görə, “Duzdağ” mehmanxanasının konfrans zalında keçirilən zirvə görüşünə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyevi və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev qatılıblar. Sammit iştirakçıları xatirə şəkli çəkdirdikdən sonra dövlət başçısı mərasimdə açılış nitqi söyləyib.


Xəbərlər


Baş məşqçi Böyük Ağayev və vitse-prezident İlqar Quluzadənin komandadan qovulmasından sonra daha 3 nəfər “Neftçi” klubunu tərk edib.

Xəbərlərə görə, məşqçi İqor Getman və komandanın fizioterapevti Rəhim Məhərrəmov islatahatların qurbanı olub. Bundan əlavə, klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı da komandadan ayrılıb.

Azərbaycandakı futbolçu karyerası ərzində “Neftçi”yə sadiq olan və əvvəlki rəhbərliklər tərəfindən layiqli qiymətini alan Getman da haqsızlıqla üzləşib.


Xəbərlər


Azərbaycanlı iş adamı barədə daha bir iddia

Bir müddət əvvəl 5 milyard dollarlıq cərimə cəzası ilə sarsılan “Doğan Hodinq”in 2 nömrəli gücü olan “Milliyet” qəzetinin azərbaycanlı iş adamı, milyarder Telman İsmayılova satıldığı barədə xəbər yayılıb. İsmayılov “Milliyət”i alarkən özünə ortaq olaraq “Torunlar Gıda” şirkətin seçib. Bu şirkətin ən böyük səhmdarı isə hakim AKP-dən olan millət vəkili Vahid Kilerdir.

Vahid Kiler həm də Maye Yancaq Qaçaqmalçılığı ilə mübarizə üzrə Komissiyanın sədridir.

“Milliyyet”i satın aldığı deyilən İsmayılov-“Torunlar Gıda” birliyinin artıq məşhur “Hürriyet” qəzeti üçün də danışıqlar apardığı iddia edilir. Belə ki, bu qəzet üçün qarşı tərəfə 2 müxtəlif təklif təqdim etdikləri, “Doğan-Holdinq”in bu təklifləri müzakirə etdikləri deyilir.


Xəbərlər


Roman Polanski ABŞ-da ona qarşı irəli sürülən ittihama görə 500 min dollar təzminat ödəməyi qəbul edib.

Məşhur rejissor Roman Polanski 42 il bundan qabaq törətdiyi əmələ görə böyük miqdarda təzminat ödəməyə razılıq verib. France Press-ə istinadən verilən məlumata görə, məşhur rejissor ABŞ-da ona qarşı irəli sürülən ittihama görə, 500 min dollar təzminat ödəməyi qəbul edib.

Qeyd edək ki, R.Polanski 1977-ci ildə 13 yaşında bir qıza təcavüz etdiyinə görə, İsveçrədə həbs edilib. R.Polanski törətdiyi bu əmələ görə ABŞ dövləti tərəfindən beynəlxalq axtarışda olub və İsveçrədə keçirilən festivala mükafat almaq üçün gələrkən həbs olunub.

ABŞ-da keçirilən məhkəmə qərarlarına görə, Polanskinin1993-cü ildə zərərçəkən tərəfə 500 min dollar ödənilməsi müqabilində tərəflər arasında razılığın əldə olunmasının mümkünlüyü bildirilib. Lakin məhkəmə qərarlarında Polanskinin məbləği ödəyib- ödəməməsi barədə qeydlərə rast gəlinmir 1996-cı ildə keçirilən son məhkəmə prosesində isə ödəniləcək məbləğin 604 min dollara qalxdığı bildirilir.

Polanskinin vəkili David Finkle və zərərçəkən tərəf hadisə ilə bağlı heç bir şərh verməyib.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

_Glamour_

6 Oktyabr 2009 23:42

Maraqlı xəbərlərə gğrə çox sağol =))))

EHLIKEF

5 Oktyabr 2009 17:19

Teshekkur

LARACROFT

5 Oktyabr 2009 17:10

Sitat: YUNIS_855
Xəbərlərə görə təşəkkür edirəm.

--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Elif_87

5 Oktyabr 2009 14:15

Maraqlı idi tşk! aze

Saint el

5 Oktyabr 2009 14:13

o DA almasin kim alsin,xeyrin gorsun

DeadDoll

5 Oktyabr 2009 14:00

maraqlidi tewekkurler

Qreqor Zamza

5 Oktyabr 2009 13:47

Xəbərlərə görə təşəkkür edirəm.
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Ronnie_7

5 Oktyabr 2009 13:33

2-sin eşidmişəm xəzərdən xəbərlərdə. Obiriləridə maraqlı xəbərdi
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Suliko

5 Oktyabr 2009 13:27

Birinci xeberden bawqa obiri 3 xeber barede yeni oyrendim..Cox sag ol xeberlere gore..+5
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

Paris

5 Oktyabr 2009 12:16

Birinci xeberi izlemiwdim Tv-de.
Tewekkur edirem melumata gore.

Muharibe Jurnalisti

5 Oktyabr 2009 11:40

cox sagol xeberlere gore..