Loading...
“Eurovision-2010” başladı.

“Eurovision-2010” başladı.

Loading...
“Eurovision-2010” başladı.

2010-cu ilin mayında keçiriləcək “Eurovision” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün yeni milli seçim həyata keçirilib. Bu barədə APA-ya açıqlama verən İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov bildirib ki, bu milli seçimlərin ikinci turu deyil, yeni namizədlərin dinləməsi mərhələsi hesab olunur: “Milli seçimlərin növbəti mərhələsi ötən gün İTV-də yerli Təşkilat Komitəsinin iştirakı ilə keçirilib.
Təşkilat komitəsi sözügedən müsabiqəyə qatılmaq istəyən gənc sənətçilərin müraciətləri nəzərə alınaraq milli seçim turunda əlavə seçim turu keçirilib. Təşkilat Komitəsi o namizədləri dinləmək qərarına gəlib və buna görə də dinləmə keçiriblər. Bundan öncə olan dinləmə kimi bu dəfə də qatılanların çıxışları lentə alınıb, onların fikirləri dinlənilib və yeni namizədlərlə söhbətlər aparılıb”.

T. Məmmədovun sözlərinə görə, bu mərhələdə avqustun əvvəllərində keçirilmiş dinləmələrdə iştirak edənlər yox, yeni namizədlər iştirak edib. Azərbaycanın “Eurovision-2010” müsabiqəsində təmsilçisi məhz yerli münsiflər heyətinin və beynəlxalq ekspertlərin iştirakı ilə müəyyənləşəcək. Şöbə müdiri qeyd edib ki, dünənki əlavə dinləmədə daha 8 namizəd dinlənilib. Onlardan altısı solo ifaçı, ikisi isə qrupdur.

Qeyd edək ki, “Eurovision-2010” müsabiqəsinin Azərbaycan təmsilçisinin adının bu ilin noyabrda açıqlanması gözlənilir. Bu dəfə “Eurovision-2010” müsabiqəsində iştirakçı 46 namizəd arasından seçiləcək.
Sizin fikrinizcə,Azərbaycanı kim layiqincə təmsil edə bilər?
Proqnozlarınızı deyə bilərsiniz
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

hekimli

28 Mart 2012 16:47

sene heyatin boyu ugurlar arzulayiram

ferit

12 Yanvar 2010 19:22

kim eleyir elesin teki yaxsi yer tutsun

XpressMusic

16 Oktyabr 2009 18:15

Məncə Natavan Həbibi Əla Təmsil Edər.
Ama Layiqlisi Kimdirsə, Kim Layiqincə Təmsil Edəcəksə Onu Seçəcəklərinən Əminəm...

Grey Wolf

6 Oktyabr 2009 23:57

Qisaca:Next

music_is_my_world

4 Oktyabr 2009 18:26

xeyirli olsun twk Ronnie_9

emeraude

3 Oktyabr 2009 16:57

onu elave ede bilerem ki xarici bestekarlar oz mahnilarini teklif edibler lakin hele secim olunmayib Ifaci secilenden sonra musiqi secimi edilecek[color=#FF0000]

-Jasmin-

2 Oktyabr 2009 19:59

mence oölan getse yaxşı olar meselen çingiz mustafayev gitara ile super bir ifa göstərə bilər

Paris

2 Oktyabr 2009 16:04

Ugurlar arzulayiram Azerbaycan xalqina.

Estela

2 Oktyabr 2009 16:01

Bizim üçün uğurlu olsun)indi hədəf 1 cilikdi)

Suliko

2 Oktyabr 2009 15:51

Her-halda munsifler heyeti layiq birini sececeyler...Kim gedir getsin..teki mahni,sehne tertibati,wou ve ..s hamisi super olsun...Yadda qalan olsun,mahni da dile yatan olsun..Inwallah bu defe qelebe bizim olar..Ugurlar Azerbaycana.. aze
Tewekkur xebere gore
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

WUgirl

2 Oktyabr 2009 13:58

Bu il Yeni Ulduz Safura gedecek bildiyime gore:)Mence ugurlu olacaq;) aze
--------------------
ayrı düşdüm joyumdan joyazımdan :))))

Ronnie_7

2 Oktyabr 2009 13:30

eee mən nə bilim gənə Aysel kimi br qız olsa Arash kimisidə olsa yaxşı olar işlər
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Nazrin

2 Oktyabr 2009 11:51

Mence bu il Azerbaycani temsil etmeye "yeni ulduz"un qalibi Safurani (xotya ona mne ne nravitsya) gonderseler yaxshi olar.

Elif_87

2 Oktyabr 2009 11:31

Inwallah onda birinci olarlar! Xebere gore twk

kiya

2 Oktyabr 2009 10:59

Yeni xarici mugenni tapacaqlar cunki bizimkiler oxuya bilmirler bir nechesini chixmaq shertile

GECE2009

2 Oktyabr 2009 10:38

GORESEN BU IL KIM ORA GEDECEY?
INTERESNO
GOREN
UDACAYIG?
KIM QALIBKI BIZDEN QETMEYE
a k sitatiyu bu il turkiyeten tarkan gedecey
guman ediremki haminiz bilirsiniz


belay

Tena

2 Oktyabr 2009 10:31

Məncə qrupdansa,tək bir nəfər getsə daha yaxşı olar,mən bu il daha aşağı yerdə olacağımızı düşünürəm no

LeMaN403

2 Oktyabr 2009 10:26

Temsilci kim olursa olsun.Esas odur ki 1ci olaq.Ugurlar.