Loading...
Azərbaycanda pulsuz simsiz internetə çıxış olacaq

Azərbaycanda pulsuz simsiz internetə çıxış olacaq

Loading...
Azərbaycanda pulsuz simsiz internetə çıxış olacaq

 

Azərbaycanda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə qədər olan vaxt get-gedə azalır. Müsabiqəyə hazırlıq tədbirlərinin hansı mərhələdə olması isə hər kəsi düşündürür. Ən əsas sual isə budur ki, görəsən, müsabiqə ərəfəsində təklif olunacaq internet xidmətləri tələblərə cavab verəcəkmi?

Böyük Biritaniyanın paytaxtı Londonda Avropanın ən böyük pulsuz simsiz internet sistemi, Wi-Fi zonası yaradılacaq. Mart ayına qədər Londonun mərkəz hissəsində təşkil olunacaq pulsuz Wi-Fi zonasından milyonlarla yerli sakinlərinin və turistlərin istifadəsi planlaşdırılır. Pulsuz Wi-Fi zonasınnın yardalmasında əsas məqsəd, Londonda bu ilin senyabrında keçiriləcək olimpiya oyunları zamanı insanların rahat şəkildə internetdən istifadəsinin təşkilidir.

Bəs may ayında “Eurovision” kimi beynəlxalq müsabiqəyə ev sahibilyi edəcək Azərbaycanda bu sahədə vəziyyət necədir? Azərbaycan informasiya sahəsində belə bir sınaqlardan keçə biləcəkmi?

Mütəxxəsislər hesab edir ki, hazırda Azərbaycanda bu cür ictimai Wi-Fi zonaları demək olar ki, yox dərəcəsindədir və ya təklif olunan pulsuz simsiz internetin keyfiyyəti çox aşağıdır. Odur ki, Bakıda pulsuz Wi-Fi zonalarını yaradılması işinə artıq indidən başlanlamaldır ki, bu sistem bir neçə ay ərzində özünü doğrulda bilsin.

 

Azərbaycanda pulsuz simsiz internetə çıxış olacaq

 

İnformasiya texnologiyaları üzrə mütəxəssis İlqar Mirzə hesab edir ki, bu işə artıq indidən başlamaq lazımdır: “Sual yaranır ki, internetin sürəti qənaətbəxş olacaqmı, axına uyğun gələcəkmi? Bunu təyin etmək üçün Azərbaycan ən azı iki ay əvvəl bütün bunlara hazır olmalıdır ki, sonradan pulsuz Wi-Fi zonalarını yalnız tədbir məkanının ətrafında təşkil etməsinlər. Təbii ki, pulsuz Wi-Fi zonaları şəhərin bütün gəzməli-görməli hissələrində, hava limanında, mehmanxanalarda, kafelərdə olmalıdır”.

“Delta Telekom” şirkətinin texniki direktoru Rahid Ələkbərli isə deyir ki, “Eurovision” mahnı müsabiqəsi zamanı tədbirinin keçiriləcəyi arenada və ətraf ərazidə pulsuz internet şəbəkəsinə çıxış olacaq. Şirkət rəsmisinin sözlərinə görə, pulsuz Wi-Fi xidməti həm yerli sakinlər, həm də qonaqlar da daxil olmaqla 5 minə qədər istifadəçi üçün nəzərdə tutulub. Müsabiqə zamanı həmin ərazidə 3G vasitəsilə də yüksək sürətli iternet çıxışı təşkil olunacaq.

Rahid Ələkbərlinin sözlərinə görə, ümumiyyətlə Almaniyada keçirilən “Eurovision” mahnı müsabiqəsi ərəfəsində təşkil olunmuş sürətdən 4 dəfə artıq sürət nəzərdə tutulub: “Bunun üçün internet magistralı resursları genişləndirilib. Texnoloji infrastruktur olduqca böyük tutumlara nəzərdə tutulmuş. Orada eyni zamanda 5 minə yaxın insan internet xidmətlərindən istifadə edə bilər. Təbii ki, burada da eyni zamanda o qədər internet istifadəçisinin olması gözlənilmir”.

Şirkət pulsuz Wi-Fi zonasını “Eurovision” müsabiqəsindən təxminən bir həftə əvvəl təşkil etməyə nəzərdə tutur. İctimai simsiz internetdən istifadə də müsabiqə müddətində mümkün olacaq.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Fezada_Heyat

26 Fevral 2012 05:24

deyirki gezmeli gormeli hava limanlari yaxinliqinda olacaq.Indi gor adice parkin yaninda ne qeder adam olacaq pulsuz internete girmeycun. Ondansa olmasa daha yaxwidi.sixliq aradan qalxar

Wolf Town

4 Fevral 2012 15:15

umud edek ki yaxshi olacaq

Esperanza

4 Fevral 2012 15:01

goreyde axiri nece olur

Angel

4 Fevral 2012 14:41

Lap yaxsi

miss-ayla

4 Fevral 2012 12:29

zorduki

settar

4 Fevral 2012 11:44

lap yaxsi kefdiiiiii

Poker Face GaGa

4 Fevral 2012 11:01

hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm
--------------------

...:::seva:::...

4 Fevral 2012 01:46

Sitat: toma84
Musabiqe biten kimi yixshiracaqlar ve yaxsi yol deyecekler

mence de )))

Tatli cadi

4 Fevral 2012 01:34

ela olar ama nedense inanmagim gelmir.

Ferhad Tagiyev

3 Fevral 2012 23:32

Ehtiyac netu))

xeyale171

3 Fevral 2012 23:13

Allah agzivizdan ewitsin! girl_ang

ToMa_84

3 Fevral 2012 23:07

Şirkət pulsuz Wi-Fi zonasını “Eurovision” müsabiqəsindən təxminən bir həftə əvvəl təşkil etməyə nəzərdə tutur. İctimai simsiz internetdən istifadə də müsabiqə müddətində mümkün olacaq.

Musabiqe biten kimi yixshiracaqlar ve yaxsi yol deyecekler bye

FLOR

3 Fevral 2012 22:31

mecbudular etmeye , yoxsa gelen gulub geder

arzumm

3 Fevral 2012 22:25

Cox gozel olar,tebii ki...

Mr_RoCCo

3 Fevral 2012 22:05

Olar olar, inanıram sizə :)
--------------------
FaceBook
Instagram - ageelvevo

MisSayka

3 Fevral 2012 21:29

Almaniyada keçirilən “Eurovision” mahnı müsabiqəsi ərəfəsində təşkil olunmuş sürətdən 4 dəfə artıq sürət nəzərdə tutulub

Almaniyaynan Bakını eyni tuturlar bunlar? nəəm valla bəka oldu )
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

DonnA

3 Fevral 2012 21:03

wifi olsa hami basi asagi gezecek gozleri telefonda olacaq :)
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

AİD777

3 Fevral 2012 20:45

olsa cox super olar

esnad

3 Fevral 2012 20:34

Yaxsi olardi dance

ms_dynamite

3 Fevral 2012 20:26

Şirkət pulsuz Wi-Fi zonasını “Eurovision” müsabiqəsindən təxminən bir həftə əvvəl təşkil etməyə nəzərdə tutur. İctimai simsiz internetdən istifadə də müsabiqə müddətində mümkün olacaq.

aydin meseledi ta avropa bura gelecek gel bir olmasinda
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Justin Bieber

3 Fevral 2012 20:23

oyda zor olar eee.obbbaaa

elnur994

3 Fevral 2012 20:15

suppa ya