Loading...
15 yaşlı gəlin:

15 yaşlı gəlin: "Ərim fahişəlik etməyimi istəyirdi" [FOTO+VİDEO]

Loading...

Əfqanıstanda 15 yaşlı gəlini vəhşicəsinə döyən, onu dözülməz işgəncələrə məruz qoyan və 5 ay ərzində zirzəmidə saxlayan ailənin üzvlərinin həbsləri davam edir.

 

Bu biçarənin atası, anası, qayınatası, qayınanası, iki baldızı həbs olunub. Aylarla döyülən, söyülən, bədənində siqaret yandırılan, vəhşicəsinə zorlanan 15 yaşlı biçarənin əri isə hələ də axtarışdadır.

 

Gəlin köçdüyü evdə işgəncələrə məruz qalmış 15 yaşlı Səhar Gülün başına gətirilənlərin araşdırılması ilə bağlı Əfqanıstan prezidenti Həmid Kərzayın şəxsi göstərişindən sonra istintaq daha da sürətlənib.

 

Məlum olub ki, Səhar Gülün əri onu toy gecəsinin səhəri döyərək zirzəmiyə salıb, orada beş ay saxlayıb. Bu müddət ərzində Səharı qayınanası, qayınatası və baldızları amansızcasına döyüb, əri sürəkli zorlayıb.

15 yaşlı gəlinin belə vəhşiliklərə məruz qalması isə onun ərinin tələbini yerinə yetirməməsi olub.

 

"Ərim fahişəlik etməyimi istəyirdi. Mənsə dedim ki, ölərəm, amma bunu etmərəm. Bir dəfə zirzəmidən çıxıb qaça bildim və qonşunun evində gizləndim. Lakin qonşu məni ərimə verdi", - Səhar deyib.

 

"Qızın qohumları bizə müraciət edəndən sonra Səharı azad edə bildik. Bu, XXI əsrdə yolverilməz cinayətdir", - Əfqanıstan DİN-in mətbuat xidmətinin rəhbəri Siddiq Siddiqi deyib.

 

Əfqanıstan Səhiyyə Nazirliyi isə bəyan edib ki, Səharın başına gətirilənlər ölkə üçün tipik hadisə deyil: "Belə vəhşiliklə ilk dəfə qarşılaşırıq. Üstəlik, Səhar qadınların hüquqlarının fasiləsiz pozulduğu kənd yerində yox, Bağlan vilayətinin inzibati mərkəzi olan Puli Humridə yaşayırdı".

 

Səhar hazırda Kabilin Mərkəzi Hospitalındadır.

"Bu biçarənin vücudundakı fiziki yaralar gün keçdikcə sağalır. O, zəruri müalicə alır. Lakin Səharın psixikasına vurulmuş ağır zərbələri kim və necə sağaltsın?!" - Əfqanıstanın səhiyyə nazirinin müşaviri Abdulla Fəhim deyib.

 

Onun sözlərinə görə, ən yaxın vaxtlarda Səhar daha dolğun və tam müalicə almaq üçün Hindistana göndəriləcək.

 

Fəhim onu da deyib ki, Səhar Gülün məruz qaldığı işgəncələr tükürpədicdir. Onun əri və yeni "ailəsi" qızı sürəkli döymək, zorlamaq və ac saxlamaqla yanaşı, kəlbətinlə onun bədənindən ət tikələri qoparıblar.

 

Səharın atası Məhəmməd Əman isə qızını 200 dollara satmaqda suçlanaraq tutulub.

Dünən isə bəlli olub ki, Səhar aylarla zirzəmidə saxlanandan sonra üç həftə ayaqyolunda "yaşamağa" məcbur qalıb.

Bu zaman da onu döyüblər, saçlarını yolaraq yandırıblar, sonra isə əllərindəki bütün dırnaqları dartıb çıxarıblar.

 

 

15 yaşlı gəlin: "Ərim fahişəlik etməyimi istəyirdi" [FOTO+VİDEO]

 

15 yaşlı gəlin: "Ərim fahişəlik etməyimi istəyirdi" [FOTO+VİDEO]

 

15 yaşlı gəlin: "Ərim fahişəlik etməyimi istəyirdi" [FOTO+VİDEO]

 

15 yaşlı gəlin: "Ərim fahişəlik etməyimi istəyirdi" [FOTO+VİDEO]

 

15 yaşlı gəlin: "Ərim fahişəlik etməyimi istəyirdi" [FOTO+VİDEO]

 

15 yaşlı gəlin: "Ərim fahişəlik etməyimi istəyirdi" [FOTO+VİDEO]

 

15 yaşlı gəlin: "Ərim fahişəlik etməyimi istəyirdi" [FOTO+VİDEO]

 

Milli.Az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

11 May 2013 10:30

Ne qeder işgence edibler!!!!
--------------------

***
❃❃❃

***

life565

27 Mart 2012 17:49

BU QEDERDE OLMAZ QIZ GOR NE GUNDEDI YAZIG KIM BILIR NELER CEKIB NECE DOZUB GORESEN COX PIS

super_emocka

6 Yanvar 2012 15:54

ELE ERE GETMEKDENSE EVDE QIZ QARIYARAM

EmO RoCK

6 Yanvar 2012 11:42

belə insanların olduğunu bildikcə dünyadan irgenirem...........

Resad_Mamedov

6 Yanvar 2012 11:31

Neler var neler bu dunyada

Dandoline

6 Yanvar 2012 10:52

Fatmagül bunun yanında yalan oldu ki..Ona heç olmasa sadəcə təcavüz eləyiblər, daha bədənindən kəlbətinlə ət qopartmayıblar..Vəhşilər..
Sitat: Radiohead
müsəlman :) və ya din

Yox, bunda dinin bir taqsırı yoxdu məncə..Çünki Məhəmməd peyğəmbərin zamanında, hələ islam yaranmamışdan əvvəl qadınları adam yerinə qoymurdular, pul qarşılığında qoca, varlı kaftarlara satır, yeni doğulan qızları basdırırdılar diri-diri..Peyğəmbər bu rəzil adətləri aradan götürməkçün çox çalışıb zamanında..
Mənə sadəcə maraqlıdır ki, bu insanlar hamısı cənnətə, cəhənnəmə inanandırlar..Başa düşə bilmirəm, bəs onlar cəhənnəmə düşməkdən necə qorxmurlar ?! Əgər qorxmurlarsa, onda daha nətər inancdır bu?! Yoxsa onlar qadına işgəncəni savab iş sayırlar ?! Genə bunu sadəcə kişilər eləsə, dərd yarı..Qadınlar da ?!

DJ FARIDIK

6 Yanvar 2012 01:40

qadın çox incə məxluqdu ona gore onlarla yavaş davranmaq lazımdı mence

balkiz

6 Yanvar 2012 01:06

allah cəzasını versin

settar

6 Yanvar 2012 00:41

Allah cezani versin

_DecelkA_

6 Yanvar 2012 00:18

Allah senin kimi atayi yox elesin ki,niye sen varsan ve balani oz lazimsiz canindan gelen bir canliyi deyersiz bir meblege satirsan ve bu az yawda heyatini mehv edirsen.
Baldiz ozun cox iwlemisen ki,yerine adam axtarirsan qizi doyub yaman gune qoyursan?yoxsa uje iylenmiw bedeninden irgenib yaxin duran yoxdu diye bunu mecbur edirsen?
Qaynanaya ise sozum yoxdu bir "ana" eger bu olmuwe bu soz yarawirsada,bu qeder acimasiz olub destek verirse day onun o dunyasi bir yana bu dunyasi cehennem olmali.
Qaynata qeyretin bura qder catirda ki,artik oz qizin olmuw biri qizcigazi doyerek elin kiwilerine satmaga ceh edirsen?
Er-yox olsun senin kimi erler,yox olsun senin kimi qardawlar! Allah vurmuwdu ele atanla seni ki,aciz ve elacsiz qalib evdeki qadinlarinidan isifade edib elin kiwilerinin halan qazancigini haramla yeyirsiz!
O dunyaniza bir soz demirem bu tek Yaradanimiza mexsusdu O ise daha gozel emeli ile vercek cvabini.men ise arzu ediremki,Allah caninizi tez almasin hec birinizin ele zulmle,o qeder aci cekerek odeyesizki o dunyada hec haliniz qalmiya melinize cavab vermeye.o hebisxananin ise kiwileri ozu sizlerin emelinize gore cinsiyyetinizide teyin edecek.belli olmuyacaq cinsiyyet teyini olacaq bu eminem.ne kiwi ne qadin.artiq duwunmek lazimdi bunun adin ne olacaq.onu ise ozunuz duwunub yawayarsiniz!

Missis Smith

5 Yanvar 2012 23:59

dunya ele bele weylere gore dagilir eee
eseb

Wolf Town

5 Yanvar 2012 23:13

ALLAH LENET ELESIN ...WEREFSIZLER UWAQI NE GUNE QOYUBLAR

faiq123

5 Yanvar 2012 23:09

vehsillikdi ey belede sey olar?
--------------------
Facebook profil
Twitter
Tpo.com

Tatli cadi

5 Yanvar 2012 22:35

Allah belasini versin bu zulumu edene.

Nana

5 Yanvar 2012 22:27

Dehweet..axira qeder oxuya bilmedim.Allah belasini versin ele erinde,aileninde
--------------------

Какая разница, что творится у меня внутри? Главное - выгляжу я отлично, а остальное не ваше дело..

nur_ay_kam

5 Yanvar 2012 22:18

bu yazigin sucu neydi göresen.bunv eden insan deyil.heyvan heyvandiki bele vehwilik elemir.ne bilim e hirsimden bilmirem ne yazimki hirsim soysun.
--------------------
bazı düşünceler yazılmaz sadece düşünürülür

simu

5 Yanvar 2012 22:10

valdeyinlerin aqli yoxdu ki 15 yasli qizi ere veriler kul o yoldasinda basina şursuz insanlar doludu da eseb eseb

valdeyinlerin aqli yoxdu ki 15 yasli qizi ere veriler kul o yoldasinda basina şursuz insanlar doludu da eseb eseb

Narmishka_

5 Yanvar 2012 21:59

Vayyy dehsetizm...Men bele hadiseler gorende fikirlewirem goresen bu "insanlarin" qelbi dogrudan da dawdandi,nu ujeli ALLAHdan qorxulari yoxdu...ne deyim ALLAh cezasin versin,onlari hebs etmey yox asmaq lazimdi

D-e-V-i-L

5 Yanvar 2012 21:54

Sitat: Ferhad Tagiyev
mənim ürəyim gəlməz qadına əl qaldırmağa...Heç buna haqqımda yoxdu...

Raziyam...

Ferhad Tagiyev

5 Yanvar 2012 21:48

mənim ürəyim gəlməz qadına əl qaldırmağa...Heç buna haqqımda yoxdu...

prenses_aska

5 Yanvar 2012 21:37

menim basim cixmir nece urekleri gelir qadinlari doymeye ne haqqlari var menim basim cixmir buna sadece heyvanliq demek olar basqa hecne

UKA

5 Yanvar 2012 21:32

Allah bele kiwileri oldursun eclaf yazigi nece doyubee pis oldum...

Leur MonDe

5 Yanvar 2012 21:31

Kul o binamus kiwide demeye dilim gelmireeeee bawina....

prenses_aska

5 Yanvar 2012 21:31

Səməd,
aminnnnnnnnnnnnnnnnnnnnn

nc nc nc bele insanlar bu dunyada yasamamalidirlar zwehlem gedir bele insanlardan niye bele edirler axi ne hezz alirlar etdikleri bu hereketden urekleri buna nece dozur men basa duse bilmirem men bu ne demekdir turkiyede bu lap ifrat derecededir bu kisilerde ozlerini ne hesab edirler bele olmaz axi vallah qadinlar o icindeki canavari cixartsalar kisiler onlarla goz-goze gele bilmezler

Radiohead

5 Yanvar 2012 20:56

müsəlman :) və ya din
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz

FLOR

5 Yanvar 2012 20:55

anormal insanlardi

Səməd

5 Yanvar 2012 20:45

Fahiseliyi bele xoslayirlarsa, ele baldizlari elesin daha bu yaziq qizdan ne isdeyirler. Ozudeki 15 yasinda qizi ere vererler???? yene Seharin bexdi getirib, Afqanisdanda bucur neqeder qiz var ALLAH IMDADLARINA CATSIN. eh

Mr_RoCCo

5 Yanvar 2012 20:37

İnsanlıq`dan uzaq olanlardı hamısı
--------------------
FaceBook
Instagram - ageelvevo

Babydoll

5 Yanvar 2012 20:26

Allah`ım bu nədi? Dəhşət... Son cümlələr lap pisdieee... İnsan deyilləreee.. O biri dünyada görərik!
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

MisSayka

5 Yanvar 2012 20:26

Onun əri və yeni "ailəsi" qızı sürəkli döymək, zorlamaq və ac saxlamaqla yanaşı, kəlbətinlə onun bədənindən ət tikələri qoparıblar.

Bu zaman da onu döyüblər, saçlarını yolaraq yandırıblar, sonra isə əllərindəki bütün dırnaqları dartıb çıxarıblar.

necə insanlar varee..day sözüm yoxduyee..-stanlılarda diyəsən çoxusu belədi..adam dəhşətə gəlir.
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur