Loading...
Qubadlının işğalından 16 il keçir

Qubadlının işğalından 16 il keçir

Loading...
alt

Bu gün Azərbaycanın Qubadlı rayonunun işğalından 16 il keçir.


Qubadlı Ermənistanla 120 km məsafədə həmsərhəddir. respublikanın cənub-qərbində (Qarabağ) yerləşən rayonun sahəsi 826 km² , əhalisi isə 31300 nəfərdir.

İnzibati mərkəzi Qubadlıdır. Qubadlı rayonu şimaldan Laçın rayonu, cənubdan Zəngilan rayonu, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Rayonun çox gözəl təbiəti var. Qubadlının ərazisindən Azərbaycanın ən bol sulu çaylarından olan Həkəri və Bərguşad çayları axır.

Ən əhəmiyyətli kəndləri Mahmudlu, Xəndək, Xanlıq, Muradxanlı, Yuxarı Mollu kəndləridir.

Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlının ümumilikdə 232 sakini şəhid, 146-sı əlil olub. Ermənilər Qubadlıda 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.

Bilavasitə, Ermənistan ərazisindən Qubadlının sərhəddə yerləşən Əliquluşağı, Məlikməhəmmədli, Seytas, Eyvazlı, Qədili, Dovudlu, Novlu, Y.Cibikli, Əyin, Çaxdaxlı, Tarovlu, Fərcan, Göyyal, Saldaş, Çərəli kəndlərinə təcavüz edilir, kəndlər atəşə tutulurdu.

Qubadl305;n305;n i351;287;al305;ndan 16 il ke231;ir

1989-cu ilin axırları rayonda vəziyyət son dərəcə ağırlaşdı. Gündüz sərhəddə keşik çəkən düşmənin hücumlarının, təxribat əməllərinin qarşısını alan özünümüdafiə dəstələri yerli milis qüvvələri ilə birlikdə hərəkət edirdi. Lakin qüvvələr qeyri-bərabər idi. Təcavüzkar erməni dəstələri avtomat silahlardan, artilleriyadan, zirehli hərbi texnikadan gen-bol istifadə etdiyi halda, bizdə adi ov tüfəngləri çatmırdı.

Rayonun şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalmışdı. Həkəri çayı boyunca Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat zonasınadək yerli əhali silaha sarsılsa da, qüvvələr qeyri-bərabər idi. Zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avtomatla qorumaq mümkün deyildi.

Avqust ayının 30-da erməni hərbi birləşmələri yalnız mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətindən güclü hərbi texnikanın müşayiəti ilə hücuma keçdi. Əsas zərbə Xanlıq istiqamətinə göndərilmişdi. Qeyri-bərabər döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla döyüşsələr də, erməni tankları kəndə soxuldu. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xocik istiqamətində rayona soxulan erməni birləşmələri kəndləri yandırdı, dinc əhaliyə divan tutdular.

Erməni hərbi birləşmələri ilə üz-üzə qalan mülki əhali məcburiyyət üzündən rayonu tərk etməli oldu. Avqustun 31-də Qubadlı bütünlükdə işğal olundu.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Nina Guney

25 Avqust 2012 13:53

Sitat: Qreqor Zamza
Sülh ilə olan iş deyil bu.Gündə danışıq edirlər nəyə lazım.Ancaq və ancaq hücuma keçmək lazımdır.
.

--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

(W)(K)(F)

4 Sentyabr 2009 23:44

MEN QUBADLIDA ANADAN OLMUSAM. AMA ORALARI XATIRLAMIRAM... INSALLAH TORPAGIMIZ QAYIDAR... AMINNNNNNNNNNNN...........

LARACROFT

3 Sentyabr 2009 04:38

Sitat: M_A_R_I_K
Inwallah...Qayidar Torpaqlarimizi...Goyde Allaha yerde Silahimiza burunmeliyik!


AMİN!
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

M_A_R_I_K

1 Sentyabr 2009 05:46

Inwallah...Qayidar Torpaqlarimizi...Goyde Allaha yerde Silahimiza burunmeliyik!
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

DENTiS

1 Sentyabr 2009 05:25

Ne yax$iki unutmurSuz

cruel_53

1 Sentyabr 2009 00:35

aze yerivar

m.Hesenzade

31 Avqust 2009 21:54

aze
--------------------
Qara Kitabın Xoş Xatirələri...

Ronnie_7

31 Avqust 2009 20:27

Çox sağol Muharibe Jurnalisti yadımıza saldın çox gözəl xəbərdi. Siyasət işidi bunlar hamısı
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

DREAMY_GIRL

31 Avqust 2009 18:35

bizdeki bele qorxaqliq var inanmiran torpaqlarimiz alinsin
ancaq konul isterki tezlikce alinsin

peppi

31 Avqust 2009 17:24

Sag ol. Ama mence zorla alinan 1 wey hec vaxt xowluqla qaytarilmir... wink

nepasluwnaya

31 Avqust 2009 16:51

daniwsam meni dunya seviyyeli mehkemeye cixaracaqlar....yaxwisi budu susum
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

Qreqor Zamza

31 Avqust 2009 16:47

Sülh ilə olan iş deyil bu.Gündə danışıq edirlər nəyə lazım.Ancaq və ancaq hücuma keçmək lazımdır.
Çox sağol xəbərə görə.
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Suliko

31 Avqust 2009 15:59

Sifteni bu xeberle acdin..halal olsun sene..cox sag ol
Allah ozu komek olsun bize...
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

DeadDoll

31 Avqust 2009 15:45

melumata gore twk. Allah ermenilere lenet elesin gun

Tena

31 Avqust 2009 15:39

Ehhhh,yazıq qaçqinlar,mənim doğrudan da yazıqım gəlir onlara

XeTaI

31 Avqust 2009 15:27

Görəsən dövlət hələ ümid bəsləyirdmi ki bu torpaqlar nə vaxtsa geri qayıdacaq, hər keçən il bunun daha da mümkün olmayacağını bir daha sübut edir.

Paris

31 Avqust 2009 15:14

Bu haqda melumatimiz var amma bir netice yoxdur hele ki.

Tewekkur bilmiyenler bilsin.

Emka_85

31 Avqust 2009 15:13

TƏŞƏKKÜRLƏR
--------------------
Dünyada heç kimə güvənmə.Çünki Ağ gülün kölgəsi qaradır

Estela

31 Avqust 2009 15:13

Bizə qalan illəri saymaq olur.Hər il saya saya gedirik.Görək hara qədər....

Gunay_oxatan

31 Avqust 2009 15:04

Tarixi bizlərə təkrarlatdığın və xatırlatdığın üçün çox sağol.Bunları bilmək bizlərin vətəndaşlıq borcumuzdur.İNŞALLAH tezliklə bütün torpaqlarımız elə məhz sülh yoluyla qaytarılacaq işğalçıların tapdağı aıtından.ALLAH həm şeytana həmdə erməniyə lənət eləsin.AMİN. aze