Loading...

Chrome Firefoxu qabaqlayır
Xəbərlər
- 09 Oktyabr, 2011
- 2 732 Baxış
Loading...

Chrome, İnternet Explorerdən fərqli bir browser istifadə etmək istəyən internet istifadəçiləri üçün çox cazibədar bir variant meydana gətirir.
Uzun illər boyunca, çox PC istifadəçisi İnternet Explorer və Firefox arasında seçim etmək məcburiyyətində idi. İnternet Explorer ilə vidalaşmağa qərar verənlər Mozillanı seçməyə başladı.
Lakin keçən il, Google bu anda ən çox müvəffəqiyyətli olduğu mövzulardan birini həyata keçirməyə başlayaraq yavaş inkişaf edən və sərt dəyişikliklər keçirən bir bazara girdi. Rekord sayılan bir zamanda Google browser bazarındakı yerini tutdu.

Bir axtarış nəhənginə çevrilən Google Chromenin browserinin sadə istifadəçi interfeysi sayəsində məşhurluğu artdı. Veb saytların sürətli bir şəkildə yüklənməsi və istifadəçilərin təcrübələrini fərdiləşdirə biləcəyi əlavələr Chromenin şanına şan qatmağa davam edir.
Veb sayt ziyarətçilərinin analizini edən StatCounter adlı araşdırma şirkəti internet browser bazarında etdiyi araşdırmalara və müşahidələrə dayanaraq Chromenin müvəffəqiyyətinin bu ilin sonuna qədər Firefoxu keçəcəyini söyləyir.

Ədədlər yalan danışmaz: 2011-ci ilin əvvəlində Chromenin bazar payı 15%-dən bir az az idi, Firefox 27% və İnternet Explorer isə 45%-lik bir paya sahib idi.
İndi isə işlər sürətli bir şəkildə tərs inkişaf etməyə başladı. Chromenin payı 23.6%-ə qalxarkən, Firefox 26.8%-ə və IE isə 41.7%-ə düşdü.
Bu gedişlə Chrome və Firefox arasındakı fərq sürətlə bağlanacaq. İlin sonunda isə Chromenin yüksəlişi sürətlənərkən, Firefoxun enişinin sürətlənməsi böyük bir ehtimaldir.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...