Loading...

ermənistanı "Eurovision"da Bakı ermənisi təmsil edə bilər
Xəbərlər
- 05 Oktyabr, 2011
- 3 034 Baxış
Loading...

Gələn ilin may ayında Bakıda keçiriləcək "Eurovision" müsabiqəsində ermənistanı Amerikada-Los Ancelesdə yaşayan müğənni təmsil edə bilər. Lusiya Mun (Babayants) uşaqlığını və gənclik illərini Bakıda keçirib. "Azq" qəzetinin yazdığına görə, müğənninin həkim olan atası 1988-ci ildə Sumqayıt hadisələrindən sonra ailəsi ilə birlikdə ermənistana, Rusiyaya sonra isə ABŞ-a köçüb. Burada Lusiya Mun psixologiya üzrə təhsil alıb.
O, həmçinin "İrəvan" xorunda oxuyub, çox sayda musiqi proqramlarında iştirak edib. 2005-ci ildə "Armenian Music Awards" müsabiqəsinin qalibi olub. Son olaraq isə o, qondarma erməni soyqırımı haqqında mahnı ifa edib.
Nəşrin məlumatına görə, Lusiya David İondemanın ermənistanı "Eurovision 2012" müsabiqəsində təmsil etmək təklifini qəbul edib. İddiaya görə, o, müsabiqədə sevgi haqqında mahnı ifa edəcək.
Qeyd edək ki, bir müddət öncə ermənistan mətbuatı ölkənin gələn ilin may ayında Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində iştirak məsələsinin hələ həll olunmadığını yazmışdı. ermənistanın İctimai Teleradio Şurasının sədri Aleksan Arutyan Azərbaycanın təhlükəsizliyə verdiyi zəmanət erməni tərəfini qane etmədiyini və onların zəmanət üçün Avropa Yayım Şurasına müraciət etdiklərini bildirmişdilər.
Həmin xəbərdə ermənistanın müsabiqədə iştirak edib etməyəcəyi barədə yekun qərarın dekabr ayında qəbul ediləcəyi qeyd edilmişdi.

OXŞAR XƏBƏRLƏR
Загрузка...