Loading...
Bakcellə Pulsuz FACEBOOK!

Bakcellə Pulsuz FACEBOOK!

Loading...
Bakcellə Pulsuz FACEBOOK!

Azərbaycanın ilk və sürətlə inkişaf edən mobil operatoru olan Bakcell şirkəti zero.facebook xidmətini istifadəyə verməklə abunəçilərinə öz mobil telefonlarından facebook sosial şəbəkəsindən pulsuz istifadə etmək fürsəti yaradır.

Bakcell Azərbaycanın mobil telekommunikasiya məkanında ilk dəfə olaraq, Facebook şirkəti ilə əməkdaşlıq quraraq, öz mobil internet istifadəçilərinə zero.facebook xidməti vasitəsilə Facebook-a daha rahat, sürətlə və pulsuz qoşulmaq imkanı yaradır. Zero.facebook.com – Facebook şəbəkəsinin bütün əsas funksiyalarına malikdir və hətta Facebook-un standart mobil versiyası sayılan m.facebook.com səhifəsindən də sürətlə yüklənir. Bu gün 750 milyondan artıq aktiv istifadəçisi olan Facebook dünyanın ən böyük sosial şəbəkəsidir. Azərbaycanda Facebook istifadəçilərinin sayı artıq sürətlə 500,000 nəfərə yaxınlaşır. Hal-hazırda dünya üzrə 250,000 milyondan artıq insan aktiv surətdə öz mobil telefonları vasitəsilə Facebook səhifəsinə daxil olurlar.

Zero.facebook xidmətindən istifadə etmək üçün, Bakcell abunəçiləri öz mobil telefonlarından aşağıdakı ünvanlardan birinə daxil ola bilərlər:

•    0.facebook.com
•    O.facebook.com
•    o.facebook.com
•    zero.facebook.com

Mobil telefonlarda zero.facebook.com –dan istifadə tamamilə pulsuzdur. Bakcell abunəçiləri eynilə facebook.com saytında olduğu kimi, burada da öz statuslarını yeniləmək, xəbərləri oxumaq, ismarıclar göndərmək və gələn ismarıclara cavab vermək, dostların səhifəsində yazmaq və digər xüsusiyyətlərdən istifadə edə bilərlər. Yalnız şəkillərə baxdıqda və ya zero.facebook.com səhifəsini tərk edərək, digər mobil internet səhifələrinə daxil olduqda istifadəçilərdən pul çıxılacaq. İstifadəçi şəkillərə baxmağa və ya digər mobil səhifəyə keçmək istədikdə, ekranda onun 0.facebook.com səhifəsini tərk etməsi və bundan sonraki istifadənin ödənişli olması barədə xəbərdarlıq veriləcək.

Bakcell-in Baş İcraçı Direktoru cənab Riçard Şirer şirkətin daima öz müştərilərinə ən son texnologiyalardan istifadə imkanı yaratmağa çalışdığını deyir: “Dünyada ən çox istifadə edilən Facebook saytına mobil telefonlardan pulsuz giriş fürsətini verməkdə məqsədimiz abunəçilərimizə istənilən zaman və məkanda öz ailə üzvləri və dostları ilə ünsiyyət saxlamaq üçün gözəl imkan yaratmaqdır”.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

arzumm

24 Avqust 2011 19:23

Bakselli sevirem ancaq yalandan...

witch_ifi

17 İyul 2011 23:28

mende Nokia E5-di girmir vallah defelerle calishmisham eleyim alinmiyib yalan sohbetdi

Baliq

15 İyul 2011 12:00

bəzi mobil telefonlarda facebook hazır şəkildə var əgər həmin yerdən faceyə daxil olsanız balansınızdan pul çıxılacaq əgər pulsuz istifadə etmək istəyirsinizsə onda internet işarəsi olanyerdən daxil olub zero.facebook.com yazırsınız onda pul çıxmır ))))

Estela

13 İyul 2011 18:57

baksel istifadechisi deilem:)) nomrem var amma univ.vaxti ishledirem elave olarag lazm olur.amma adi halda oz nomrem simdir.ve baksele nifret edirem))))))))

D-e-V-i-L

13 İyul 2011 14:48

Dunen telefonla girdim getdi e nie ? belay

MR.QARRI

13 İyul 2011 14:48

telefonla daxil olmuram.........

Lineage

13 İyul 2011 14:12

Şəkilsiz)) bakcellin xidmeti bundan artiq olmayacaqki))

DReaM

13 İyul 2011 13:24

hamı bilirmiş))),mən bilmirdim çünki face-de elədə olmuram))qaqama daha çox yarayacaq əgər o da bilmirsə)))girsin telindən face-ə məndə oturaradım komp-da rahat))

femor

13 İyul 2011 13:18

yaxwi xeberdi amma bilirdim

SabishKa

13 İyul 2011 12:18

Xəbərim var.Amma tellə FB-ya çox daxil olmuram.

Murad

13 İyul 2011 11:41

DAHA DEYİN Kİ, BAKCELLDƏ OLAN OLMAYAN ŞƏBƏKƏ DƏ İTİB GEDƏCƏK
--------------------
About me

WiLdBoY

13 İyul 2011 09:03

Bilsəm də bilməsəm də mənlik döylü

Aidan

13 İyul 2011 03:12

BiLirdim. BəLkə 1 aya zada məndə istifadə eLiərəm)
--------------------
Dream it.
Wish it.
Do it.

İrmak

13 İyul 2011 01:19

Mende Balcelldi ama Vodafona kecirem)
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

KaRoLeVa

13 İyul 2011 01:14

Məndə azercelldi. Girəndədə komputer ilə girirəm
--------------------
Tək bir adam üçün darıxırsan, amma nədənsə hər yer sənin üçün kimsəsiz gələr. love

XeTaI

13 İyul 2011 00:51

Sitat: TARKANIMIN DELISI
men dunen girdim balansimdan pul cixdilar axii


Ola bilməz, mən özüm də bu xidmətdən istifadə etmişəm, pul çıxmır əlavə olaraq.

sweet doll

12 İyul 2011 23:54

lap yaxshi smile ...facebook istifadechilerinin gozu aydin

(elli)

12 İyul 2011 23:31

bakcelle teshekkurler indi bildim

ReaDStaR

12 İyul 2011 23:29

men istifade eliyirem ozude cox rahat olur...!!!Knt cixanda gec acilir ama knt getmiyende ele rahat olurki..!!!

T. Durden

12 İyul 2011 23:14

Bilirdim :) Şəkillərə baxmaq olmasa da comment, status falan yazmağa qəşəng yarıyır.

BesmodeL

12 İyul 2011 22:57

Tewekkur Bilmirdim Zordu Girecem

Lineage

12 İyul 2011 22:50

Ondansa internet trafiklərini ucuzlaşdırardılar)

TARKANIMIN DELISI

12 İyul 2011 22:40

men dunen girdim balansimdan pul cixdilar axii

DENİZ_

12 İyul 2011 22:27

bilirdim amma düzgün deyil mən istifadə edə bilmirəm

Gunay_oxatan

12 İyul 2011 22:24

heyf deyil Bakcell.bi denedi de. yes Azercell vapwe xowlamiram deee kapewnikdi. : nea

User of Joyaz

12 İyul 2011 22:22

zero fb adi qaralama dəftər kimi görsəndiyi üçün və bəzi bahali telefonlarda yalniz mobil fb kimi görsəndiyi üçün bəyənmirəm zero fbni adamin ürəyi sixilir..belədə bakcelldən zəhləmim getdiyi üçün zero fbyə görə bakcelle heç vaxt keçmərəm=)

mesi_16

12 İyul 2011 22:11

Sitat: FLOR
hami bilirmis ki bir menden basqa )

Men de bilmirdim

elena

12 İyul 2011 22:08

Onsuzda facede yoxam))serf elemir mene bakcell))istifade ede bilmirem)

FLOR

12 İyul 2011 22:07

hami bilirmis ki bir menden basqa )

MY_CRAZY_FRIENDS_

12 İyul 2011 21:56

Bilirdim,saolun