Loading...
Laçının işğalından 19 il keçir

Laçının işğalından 19 il keçir

Loading...
Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 19 il ötür. On doqquz ildir ki, 60 mindən artıq laçınlı respublikanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.

Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutublar. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Qeyd edək ki, rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub. Yerli sakinləri deyir ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib.

Rayon İcra Hakimiyyətinin məlumatına görə, rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb. Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib.

Yetişməkdə olan nəslin doğma torpağı unutmaması üçün rayonun ümumtəhsil məktəblərində “Laçını necə təsəvvür edirəm”, “Vətənə getməyim gəlir” mövzularında inşa yazı müsabiqələri, “Laçın rayonu haqqında bildiklərimiz” adlı disputlar keçirilir. Bundan əlavə, “Laçın şəhidləri and yerimizdir”, “Laçınlı milli qəhrəmanlar” fotostendləri hazırlanır, Qarabağ müharibəsi iştirakçıları və rayon ziyalıları ilə müntəzəm görüşlər təşkil olunur. Taxtakörpü qəsəbəsində Qarabağ müharibəsində həlak olmuş laçınlıların xatirəsinə abidə kompleksi ucaldılıb.

On doqquz illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub saxlayan laçınlılar inanırlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Dark PrincesSa

3 İyul 2014 10:26

Sitat: Mələk
Çox gözəl yerlərdi....heyf

Mələk

9 May 2013 17:13

Çox gözəl yerlərdi....heyf

Nina Guney

25 Avqust 2012 13:55

Allah sebr vermesin.......
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

black_men017

19 May 2011 12:26

Bes qelebemızden ne qeder zaman kecır?

Aidan

19 May 2011 01:55

recourse
--------------------
Dream it.
Wish it.
Do it.

Nilay

18 May 2011 20:47

recourse

Mr_RoCCo

18 May 2011 20:18

biz bu illəri sadəcə gun ermənistanın son günləri kimi yola veririk,inşallah torpaqlarımızı aldığımız gün tarix bizim üçün yenidən yazılacaq və keçən hər günümüzü bədbəxt gun ermənilərin məvh olduğu bir il kimi pozub atacıq.. aze
--------------------
FaceBook
Instagram - ageelvevo

Remember_oNlY_me

18 May 2011 20:12

sitat:Damla_87
İnşAllah Torpaqlarımızı alarıq və bundan sonra
"Torpaqlarımızı aldığımız illəri "hesablayarıq

İrmak

18 May 2011 19:39

Sitat: besti
goren o gun olacaqki joya girib yazaqki cox wukur torpaqlarimizi aldiq.

2025 ci ildən sonra ola bilər.Təkcə Rusiya o vaxt ermənilərin üsdündən əlini çəkə bilər.
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Duygu

18 May 2011 19:37

BESTI, FLOR

Belke de bu qeder illerin kecmesi sizi bele umidsiz ve inamsiz edir.
Ancaq niye de olmasin olacaq, o gunlerimiz de gelecek.

FLOR

18 May 2011 19:28

Sitat: besti
goren o gun olacaqki joya girib yazaqki cox wukur torpaqlarimizi aldiq


yox umud etme cetin ele sey gorek

YERAZGIRL

18 May 2011 18:58

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

elena

18 May 2011 18:57

Sitat: Lektra
Indiki mekteblilerin coxu bu gunun ne gunu oldugunu bilmirler,amma sorushsanki mancester - barcelona oyunu ne vaxtdir?,eurovisionun qalibi kimdir?,filan mahninin ifacixi kimdir? ele tez cavab verirlerki.amma rayonlarimizin isgal oldugu gunleri bilmirler.

Ayy sagol men hele mekteblilerden danışmadım eee universitetde oxuyanlar bu gundediseler mektebdekiler gor ne gundediler.Kecen il televizorda baxirdim mekteblilerden soruwurlar ki iwgalda olan torpaqlarimiz hansilardir?-Biri Agcabedinin o biri Kurdemirin adini cekdi)

DENİZ_

18 May 2011 18:47

coxsaqolun bele deyerli xeberler ucun İnsallah butun torpaqlqrimizi o acgozlerden geri alacayiq.

Duygu

18 May 2011 18:45

Damla_87,


insallah

Elif_87

18 May 2011 17:37

İnşAllah Torpaqlarımızı alarıq və bundan sonra "Torpaqlarımızı aldığımız illəri "hesablayarıq...

Lektra

18 May 2011 17:21

Sitat: Miss Stylish
.bu gun bır ikisinden soruwdum bır heyvan var ee onun kimi sifetime baxib dediler ki ne gunudu ki?.Dedim sizin kimiler olandan sonra biz hele bu torpaqlara cox hesret qalacagiq.

Indiki mekteblilerin coxu bu gunun ne gunu oldugunu bilmirler,amma sorushsanki mancester - barcelona oyunu ne vaxtdir?,eurovisionun qalibi kimdir?,filan mahninin ifacixi kimdir? ele tez cavab verirlerki.amma rayonlarimizin isgal oldugu gunleri bilmirler.

elena

18 May 2011 16:48

Sitat: MASTER-SAN
heyvanin adini men deyibde Ewwek yadaki mal kimi ,he birde qoyun apteke baxan kimi ola biler

aha düz tapdiniz)))Mal-mal baxirdilar)qoyun da pis deyil)Yene bu hayvanlar ne ise bır iwe yarayirlar bunlar vapwe))

AYSIN

18 May 2011 16:45

Her il eyni sozler eyni hesret

MASTER-SAN

18 May 2011 16:42

Sitat: Miss Stylish
bu gun bır ikisinden soruwdum bır heyvan var ee onun kimi sifetime baxib dediler ki ne gunudu ki?.

heyvanin adini men deyibde Ewwek yadaki mal kimi ,he birde qoyun apteke baxan kimi ola biler mocking
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

elena

18 May 2011 16:36

Hec genclerimizin coxu bu gunun hansi gun oldugundan xeberler yoxdu.bu gun bır ikisinden soruwdum bır heyvan var ee onun kimi sifetime baxib dediler ki ne gunudu ki?.Dedim sizin kimiler olandan sonra biz hele bu torpaqlara cox hesret qalacagiq.

Fatime

18 May 2011 16:23

19 il keçib.Hələ bundan sonrsa neçə il keçəcək görəsən?