Loading...
Vaqif İbrahimoğlu vəfat etdi!

Vaqif İbrahimoğlu vəfat etdi!

Loading...
Vaqif İbrahimoğlu vəfat etdi!

Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, “Yuğ” Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlu mayın 12-də axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib. Lent.az-ın məlumatına görə, V.İbrahimoğlu öz evində dünyasını dəyişib. Məlumatı “Yuğ” Dövlət Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov təsdiqləyib.

E.Cəfərov bildirib ki, ilkin məlumata görə, V.İbrahimoğlu ilə vida mərasimi sabah Teatr Xadimləri İttifaqının binasında keçiriləcək.
Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə AzDMİİ-nin dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib. 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor vəzifəsində çalışıb. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.

Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən «YUG» Teatrının bədii rəhbəri vəzifəsində çalışıb (1992-ci ildə “Yuğ” Teatr-Studiyası dövlət statusu alıb). Vəfat edənə qədər “Yuğ” Dövlət Teatrının baş rejissoru kimi yaradıcı fəaliyyətini davam etdirib. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi «Qızıl Dərviş» mükafatı laureatı, AzDMİU-nun dosenti idi. 2006-cı ildə Prezident mükafatına layiq görülüb.
Vaqif İbrahimoğlu “Yuğ” Teatrında 1989-cu ildən bu günə qədər 90-a yaxın tamaşaya quruluş verib.
Onun quruluş verdiyi son tamaşa Dövlət Akademik Dram Teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası olub.

ALLAH RƏHMƏT ELƏSİN!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

10 Avqust 2013 01:04

http://joy.az/templates/Softo/bbcodes/spoiler.gif gozumuz aydin zarafat eleyirem
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Mr_RoCCo

14 May 2011 19:05

ALLAH rəhmət eləsin,ruhu şad olsun...
--------------------
FaceBook
Instagram - ageelvevo

Lektra

14 May 2011 18:48

Allah rehmet elesin

Gunay_oxatan

14 May 2011 17:17

mekani behiwt olsun ALLAH rehmet elesin.incesenetimiz daha bir xadimini itirdi. recourse

_NN_

14 May 2011 16:03

Allah rehmet elesin...

pitbull1998

14 May 2011 14:27

allah rehmat elesin
--------------------

Səni Sevirəm

Duygu

14 May 2011 12:57

Allah rehmet elesin!

Elif_87

14 May 2011 09:56

Allah rəhmət eyləsin...
Məkanı Cənnət olsun...

WiLdBoY

14 May 2011 08:26

Allah rehmet etsin

Aidan

14 May 2011 01:43

ALLAH rəhmət eLəsin.
--------------------
Dream it.
Wish it.
Do it.

FLOR

14 May 2011 00:46

Allah rehmet etsin

Ronnie_7

14 May 2011 00:18

[center]ALLAH RƏHMƏT ELƏSİN!
[/center]
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Emil

14 May 2011 00:16

ALLAH RƏHMƏT ELƏSİN! Yaşadığı qədər yaşayıb, artıq vaxtı çatıb. Xoşbəxt insandırki yaşadığı ömür ərzində bu cür nəailiyyətlərə sahib olub. Ruhu şad olsun.
--------------------

To get away clean, you have play dirty.