Loading...
Bu Gün Milli Liderimizin-Heydər Əliyevin Doğum Günüdür

Bu Gün Milli Liderimizin-Heydər Əliyevin Doğum Günüdür

Loading...
Bu Gün Milli Liderimizin_Heydər Əliyevin Doğum Günüdür... (10 may)

Bu gün Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür. Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

Bu Gün Milli Liderimizin_Heydər Əliyevin Doğum Günüdür... (10 may)

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini,birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Bu Gün Milli Liderimizin_Heydər Əliyevin Doğum Günüdür... (10 may)

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.

Bu Gün Milli Liderimizin_Heydər Əliyevin Doğum Günüdür... (10 may)

Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.

Bu Gün Milli Liderimizin_Heydər Əliyevin Doğum Günüdür... (10 may)

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991 - 1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

Bu Gün Milli Liderimizin_Heydər Əliyevin Doğum Günüdür... (10 may)

1993-cü ilin may-iyununda ölkədə siyası böhranının son dərəcə kəskinləşməsi ilə əlaqədar o zamankı rəhbərlərlik Heydər Əliyevi Bakıya dəvət etmişdir. Heydər Əliyev 1993-cü il 15 iyunda Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdır.

1993-cü il oktyabrın 3-də ümumxalq referendumu nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il 15 oktyabrda keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.
2003-cü il dekabrın 12-də Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib.

Mükafatları

Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur. [1]
27 mart 1997 — Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni;
13 aprel 1999 — Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Beynəlxalq Sülh Mükafatı";
20 yanvar 2001 — Moskva Dövlət Universitetinin "Fəxri professoru";
3 aprel 2003 — Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü, Y.V.Andropov adına mükafat;
10 may 2003 — Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni.

Doğum Günün Mübarək Ümummilli Liderimiz...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Lektra

11 May 2011 21:00

Sitat: Gitaristtttt
Allah Rehmet elesin

Remember_oNlY_me

10 May 2011 23:28

ALLAH rehmet etsin

_BayoneTTa_

10 May 2011 21:29

ALLAH REHMET ELESİN.AMMA ONUN OĞLU BİR AZZZZ... ireful

Adriana.Lima

10 May 2011 21:23

Allah qeni qeni rehmet elesin. Muellimimiz deyir Heyder Eliyevic prezident kimi dogulmushdu sanki

__lovely__

10 May 2011 19:32

Allah rəhmət eləsin... həqiqətən dahi şəxsiyyət olub... mənim fikrimdə həmişə də elə qalacaq...

DReaM

10 May 2011 19:13

doğum günün mübarək,ruhun şad olsun...həqiqətən bu Azərbaycanda bircə onunla fəxr edirəmki belə bir liderimiz olub.... winked

Nilay

10 May 2011 19:08

Allah rehmet elesin!

bk15

10 May 2011 18:06

bu gun menimde ad gunumdu.menide tebrik edin.demeli men gelecekde dahi olacam tongue2 wink2

ASLAN_CABARLI

10 May 2011 17:38

Allah ona qəni-qəni rəhmət eləsin

SabishKa

10 May 2011 17:35

ALLAH Rəhmət Eləsin!

Gül BAYRAMINIZ MÜBARƏK!

Gitarist

10 May 2011 15:52

Allah Rehmet elesin

Elif_87

10 May 2011 15:41

Sitat: Radiohead
Şəhərdədə qeyd eliyillər elə. Noldu Heydər ölənnən sora gül bayramı oldu ölməmişdən qabax eliyə bilmirdilər bu bayramı? Bayram deile babavızın ad günüdü qeyd elətdirillər məcburi adınıda gül bayramı qoyub millətə atılllar

Mən bu günü ilk növbədə Ümummilli Liderimizin Doğum Günün kimi qeyd edirəm... Vəə məncə hər kəs də mənim kimi düşünür... Heç kimi məcbur etmirlər...

Radiohead

10 May 2011 15:16

Şəhərdədə qeyd eliyillər elə. Noldu heydər ölənnən sora gül bayramı oldu ölməmişdən qabax eliyə bilmirdilər bu bayramı? Bayram deile babavızın ad günüdü qeyd elətdirillər məcburi adınıda gül bayramı qoyub millətə atılllar
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz

black_men017

10 May 2011 14:21

Bız senınle dama fexr edeceyık,Heyder baba

Miss_Yerazka

10 May 2011 14:16

Dogum Gunun Mubarek ....Konullerin Lideri......

pitbull1998

10 May 2011 14:04

ad gunun muberek baba
--------------------

Səni Sevirəm

Mr_RoCCo

10 May 2011 13:16

Allah babamıza qəni-qəni rəhmət eləsin..ruhu şad olsun)
--------------------
FaceBook
Instagram - ageelvevo

HeroFerrero

10 May 2011 12:25

Bu olmasa chox shey indi bashqa cür olardi. Pise dogru elbette ki.. Geldi chox sheyi deyishdi. Ömrü yetseydi, bunnan da artig ishler görecekdi, inaniram ki, torpaqlari da ala bilerdi. Ancaq bir meqam var ki, mediyada adi yeri geldi, gelmedi chekilir. Bu meni narahat edir, zennimce özü de bunun terefdari olmazdi. ALLAH rehmet elesin, ruhu shad olsun
--------------------
Vahid çalış ətrafını incitmə özündən
Cəhd et elə söz söylə - o söz xalqa gərəkdir

Britney Spears

10 May 2011 12:16

Mən həmişə Heydər baba demişəm, amma son zamanlar Heydər Əliyev deyirəm.. Biz ailəlikcə onun çıxışlarını o qədər xoşlayırıq ki, səsi, hələ gülməyini demirəm, çox gözəl gülür, bayaq ANS-də alça yeməyin verirdilər, nə qədər gülmüşəm, o cür əzəmətli görünüşü olan insan jurnalistlərə alça verirdi, özü də yeyirdi) Allah rəhmət eləsin Ona!..

Lider insandı.. Mənə çox maraqlı olardı hələ tapa bilmədiyim bəzi sualları verərdim, bəzi hadisələrə o necə yanaşardı, necə davranardı, bilmək istərdim.. Maraqlı insan idi.. Demək olar ki, hər gün adı çəkilir, amma çıxışlarını vermirlər..

Gunay_oxatan

10 May 2011 12:09

menim alemimde dunyanin nomre bir siyasetcisi Heyder Eliyevdir.uwaqligim yadima duwdu.rayona gelende elimizde gul Heyder baba Heyder baba aze deyib qiwqirmagimiz.ne gunlerdi ama.ders olmurdu deye sevinirdik.ALLAH rehmet elesin.

MaVi GoZLeR

10 May 2011 12:05

Sadece bunu deye bilerem Men Fexr Ediremki Azerbaycanliyam

MASTER-SAN

10 May 2011 11:27

Sitat: Londra
Sakit durub olanları izləmək də çıxış yolu deyil


Mence hele en yaxwisi budu ,her yerde her an .Bu milletle ,bu milletdeki olan duwunce ile hele en yaxwisi sakitce izlemekdi ..budu Londra xanim :))

Sitat: Londra
ura əyləncə saytıdır, siyasi söhbətlərin yeri deyil.Y

Tam raziyam smile

Sitat: Londra
Yəqin ki bir-birimizi başa düşdük

Elbbetdeki sozsuz :))
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

MASTER-SAN

10 May 2011 11:11

Paradoxal_Despot,
Sende ozuvu bele fikirlerle cox yorma ve nede eseblewdirme ..Bawa duwen duwur ,duwmuyen duwmur ,qorxan qorxur ,cesaretli olanda neyinki bu iwde her weyde oz cesareti iel ferqlenir yeniki bu millete ne disen xeyri yoxdu . Here oz bildiyini edecek .Here ona ne serf eleyirse onu deyecek .. Ne elesende Bayil KPZ - inde en azi 7 gunun var .. Bunu demedim qorxaq yadaki bawqa wey ..Demeyimde meqsedim bu durki mama uwaqlari ,pap wotuna kiwi olanlar ,esgerlik gormeyib kiwilikden dem vuranlar ,anasi bacisini gece saat 4-5 evde tapa bilmeyenler gelib mene bax budu Bayil KPZ-de yatan demeklaeri meni incidecek .. Mende onlarin necesinin agzini yuma biler 1-2 sini doyub nese bawa sala biler bawqa hecne ..Onlari doyub yene har gedecem tebiiki bolmeye .Istemesemde aparacaqllar .. Bax bu men lazim deyil ozde ehc lazim deyil .Olan ancaq menim yaxinlarima menim ezizleriem menim sevdiklerime olacaq .Onlar eziyeyt cekecekler men gore .Hec kesin vecine olmayacaq..Hele en yaxwisi sakit durub olanlari izlemekdi ...Odurki sakit heyata ustunluk ver .Onsuzda sen danwidin daniwmadin hecne duzlen deyil ..Yeqinki menimle razilawarsan ..

PS: Londra xanim men qaydalri bilmirem ,eger qaydalar cercivesinde deyilse silin ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Paradoxal_Despot

10 May 2011 10:58

MASTER-SAN,
ok

MASTER-SAN

10 May 2011 10:54

Sitat: Paradoxal_Despot
qaqaş sende ne yazmışdınsa görmedim bilmirem mene yazmışdın yoxsa xebere mene yazmışdınsa emilem yaza bilersen

Men hecne yazmamiwdim .MEnim werhimde silinmemiwdi .Sadec olaarq sen yazdigivi oxudum sonra silindiyini gordum .Onun ucun sual verdimki niye silindi ..Londra xanimda cavablandirdi ...

Qaldiki bu haqqda cox daniwmaq olar siyasetle bagli fikirlerle ..imkan olar ne vaxtsa daniwriq bu an iwdeyem diyene ozumu eseblewdirmek istemirem ...
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Paradoxal_Despot

10 May 2011 10:51

Londra,
men qaydalrı çox gözel bilirem ve tehqir işletmedyımede eminem.
MASTER-SAN,
qaqaş sende ne yazmışdınsa görmedim bilmirem mene yazmışdın yoxsa xebere mene yazmışdınsa emilem yaza bilersen

Paradoxal_Despot

10 May 2011 10:45

Londra,
men etik olmayan ne demişem ki? yazmişdim ''tarixin bir küncüne atılacaq'' burda tehqir var tarix öz deyresizleşdiridyini küncüne atır qeribe olan nedir?

Paradoxal_Despot

10 May 2011 10:41

şerhleri sileceksizse şerh yazmanı bağlayında ne menası var ki??

MASTER-SAN

10 May 2011 10:38

Werhleri niye silirsizki ?? bilmek isteyirem sadec olaarq ?
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

bu menem

10 May 2011 10:37

ALLAH REHMET ELESIN!