Loading...

Eurovision 2009-da Azərbaycanı Aysel təmsil edəcək
Xəbərlər
- 17 Yanvar, 2009
- 5 686 Baxış
Loading...


«Eurovision 2009» mahnı müsabiqəsinə Azərbaycanı təmsil edəcək müğənninin adı bəlli olub. Onun adı Aysel Teymurzadədir. Xəbərə görə, bu, 19 yaşlı Aysel Teymurzadədir. Münsiflər heyəti onu 40 iddiaçı arasından seçib.
A.Teymurzadə «Yeni Ulduz-4» müsabiqəsinin iştirakçısıdır. O, ABŞ-da keçirilən müsabiqələrdən birində qızıl medal qazanıb.
A.Teymurzadənin «Eurovision-2009»-da ifa edəcəyi mahnı hələ müəyyənləşməyib. Bu məqsədlə bəstəkarlar arasında müsabiqə elan olunub..
Ötən il «Eurovision 2008» Mahnı Müsabiqəsində isə Azərbayvcanı Elnur Hüseynov və Samir Cavadzadə cütlüyü təmsil etmişdi. O zaman Azərbaycan təmsilçiləri bu yarışmada ilk dəfə iştirak etmələrinə baxmayaraq, 8-ci yeri tutmuşdular.
Qeyd edək ki, “Eurovision-2009” mahnı müsabiqəsinin 54-cü final gecəsi Moskvada olacaq.
Qeyd edək ki, yarımfinallar mayın 12-si və 14-də, final gecəsi isə 16-da “Olimpiyskiy” arenasında keçiriləcək.
Yarımfinaldan on finalçı seçiləcək və Avropa Yayım Birliyinin üzvü olan dörd ölkə - Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, eləcə də müsabiqənin sonuncu qalibi Rusiya finala birbaşa iştirak hüququndan istifadə edəcək.
Moskva müsabiqəsində Albaniya, Andorra, Azərbaycan, Almaniya, Böyük Britaniya, Belarus, Belçika, Bosniya və Herseqovina , Bolqarıstan, Çexiya, Çernoqoriya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, Gürcüstan, Hollandiya, Xorvatiya, Kipr, Makedoniya, Macarıstan, Yunanıstan, İslandiya, İspaniya, İsveç, İsveçrə İrlandiya, İsrail, Litva, Malta, Moldova, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə və Ukraynadır.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...