Loading...
Bu gün yel çərşənbəsidir

Bu gün yel çərşənbəsidir

Loading...
 Bu gün yel çərşənbəsidir

Bu gün ilaxır çərşənbələrdən üçüncüsü - yel çərşənbəsidir.

Xalq arasında bu çərşənbəyə Yel çərşənbəsi, Yelli çərşənbə, Küləkli çərşənbə, Hava çərşənbəsi, Külək oyadan çərşənbə deyirlər. Yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. Yel çərşənbəsində adətən hava təmizlənir.


Tədqiqatlara görə, Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi onun özünün təmizlənməsi kimi qəbul edilir. Bu çərşənbə axşamında sanki mürgüdən oyanan külək dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.


Yel çərşənbəsi ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri var. Məsələn, ”Yel əsib qoz tökülüb”, “Yelnən gələn selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Külək kimi hərdən bir yana əsmə”.


İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Ona görə də bu müqəddəs axşamlarda əllərimizi ulu Tanrıya uzadıb ona dua edək.

Çərşənbəniz mübarək!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

MoNuElLa

9 Mart 2011 16:08

Gec olsada Bayraminiz mubarek!!!
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(

HeroFerrero

9 Mart 2011 02:09

Bayraminiz mübarek olsun.
--------------------
Vahid çalış ətrafını incitmə özündən
Cəhd et elə söz söylə - o söz xalqa gərəkdir

Nilay

9 Mart 2011 00:23

Cersenbeniz Mubarek!!

FLOR

8 Mart 2011 21:47

cersenbeniz mubarek)

Mamedovich

8 Mart 2011 20:24

Bayaq məhlədə uşaqlarnan tonqal qalamışdıq külək tonqalı uçurtdu maşınların üstünə qaçıb gəldim evə guya xəbərim yoxdu=)


Bayramınız mübarək...

Arzu

8 Mart 2011 19:32

Sitat: WITH_LOVE...
Belke yer?

Xeyir səhv məlumat bilirsiz)))) Bugünki çərşənbənin adı Yel adlanır

Lektra

8 Mart 2011 18:51

Bu gün ilaxır çərşənbələrdən üçüncüsü - yel çərşənbəsidir.
Belke yer?
Hamini bayram munasibeti ile tebrik edirem

DReaM

8 Mart 2011 18:02

haminin bayrami mubarek loveis axirki yaz gelir yahoo

Faya

8 Mart 2011 17:59

Çərşənbəniz mübarək!


Sizinlə bahəm winked
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

elena

8 Mart 2011 17:46

Artıq tebrik etmiwem.bir de edim hamimizin cerwenbesi mubarek!

Emil

8 Mart 2011 17:43

Bayramınız mübarək, neçə belə bayramlara)
--------------------

To get away clean, you have play dirty.

ChocoLatte

8 Mart 2011 17:38

Çərsənbəniz mubuşdu bayram bayrama qarışıb=)

Arzu

8 Mart 2011 17:25

Sitat: Mr_RoCCo
Çərşənbəniz mübarək!Joy-lular

Mr_RoCCo

8 Mart 2011 17:20

Çərşənbəniz mübarək!Joy-lular
--------------------
FaceBook
Instagram - ageelvevo