Loading...
Hərbi hissədə dəhşətli cinayət: 7 hərbçimiz öldü

Hərbi hissədə dəhşətli cinayət: 7 hərbçimiz öldü

Loading...

Fevralın 20-də saat 9:40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun birgə yaydığı məlumatda deyilir ki, birgə təhqiqat aparmaq üçün hadisə yerinə qrup ezam olunub. Cinayət işi qaldırılıb, istintaq araşdırmasının nəticəsinə uyğun əlavə məlumat veriləcək.

Hadisə zəminində Quliyev Naib Fəxrəddin oğlu (1992 Beyləqan RHK 04.2010), Cavadzadə Cavid Vəkil oğlu (1991 Mingəçevir RHK 01.2010), Suanverdiyev Nurlan Radfel oğlu (1991 Ağdam RHK 04.2010), Xocberov Ramazan Abdulla oğlu (1992 Balakən RHK 04.2010), Kərimov Əfqan Yaşar oğlu (1991 Balakən RHK 10.2009), Hüseynov Əhməd Əhmədalı oğlu (1992 Ağcabədi RHK 01.2010), Quliyev Zakir Etibar oğlu (1991 Yasamal RHK 01.2010) ölüblər.

Hərbi mənbədən bazar ertəsi Trend-ə bildiriblər ki, fevralın 20-si səhər 09:00 radələrində hərbi hissənin əsgəri xidməti silahı ilə digər əsgər yoldaşlarını öldürüb. Məlumata görə, silahlı insident zamanı həmin əsgərin özü də ölüb.

Hazırda hadisə yerində prokurorluq orqanlarının əməkdaşları hadisənin başvermə səbəbini araşdırır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

İrmak

24 Fevral 2011 20:13

Türk saytlarında var idi bu xəbər Aznetdə yox idi inanmadım ama düzgün imiş heyif((
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

MoNuElLa

23 Fevral 2011 17:09

ALLAH rehmet elesin yeqin o qeder incidibler ki,usaq dozmuyub oldurub.....
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(

eliscan

23 Fevral 2011 13:12

allah rehmet etsin

Elif_87

22 Fevral 2011 09:46

Sitat: Ruvi
Allah uzaq eləsin belə hadisələri. Ölənlərəsə rəhmət diləyirəm Allahdan.

Lineage

22 Fevral 2011 07:37

Esgerlik tamam bawqa dunyadir demek olmur gerek gozunle butun haqqsizliqlarin wahidi olasan! Heyif ( ne ise herbinin sozu herbide qalir

_sabishka_

22 Fevral 2011 00:40

dusmen az qirmishdi eee,qalanlarini da ozumuzkuler qirir recourse

Sweety

22 Fevral 2011 00:18

Allah rəhmət eləsin bu xəbəri eşidəndə çox pis olmuşdum recourse

_VIP_

21 Fevral 2011 22:52

Allah rəhmət eləsin......Amin..

FLOR

21 Fevral 2011 22:23

Sitat: SupeRocK
Elə hamı deir allah rəhmət eləsin biriviz demirsiz ki bular niə ölür bulara niə nəzarət yoxdu bulara baxan xiyarlar neyniiyir orda? Əsgər o biri əsgəri niə öldürsün? Deməli dərəbəylik baş alıb gedirdə hərbi hissələrdə. Əsgər o biri əsgəri incidir başına it oyunu açır dözmür vurup hamsını öldürür yaxşıda eliyir. Güclü nəzarət olsa bir-birlərini incitməsinin qarşısı alınsa olmaz belə şeylər. Nə qədərki cibində biraz pulu var komandirin cibinə 5-10 manat qoyur isdədiyi əsgərə isdədiyini eliyir. Əsgər yazıx gedip nəsə desə komandirə adıda çıxır normal dildə desəy xəbərci nə deyildiyni yaxşı bilirsiz. Bütün dünyada normal hal kimi qarşılannan şey bizdə xəbərci kimi çııxır. Həmşə deyrəm bura yaşanılası yer deil imkanım ola gedip hətda Gürcüstanda qalaram birdə qayıtmaram buralara. Heç olmasa orda rüşvət yoxdu

duzdu

Radiohead

21 Fevral 2011 20:22

Sitat: Mr_RoCCo
bir dəfə də olmuşdu belə hadisə((


Bir dəfə nədi bu hadisə hər ay olur. Hələ biz biləni deyrəm ha ört basdır olannarı bilmirəm
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz

Mamedovich

21 Fevral 2011 19:42

Xəbərim var idi çox təəssüfləndim tşk

Mr_RoCCo

21 Fevral 2011 19:41

nç nç nç((( bir dəfə də olmuşdu belə hadisə((
Allah rəhmət eləsin recourse
--------------------
FaceBook
Instagram - ageelvevo

MASTER-SAN

21 Fevral 2011 18:59

ALLAH REHMET ELESIN
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Girbinne

21 Fevral 2011 18:46

xəbərin adını görəndə qorxdum recourse off,elə əsəbləşirəm ki belə şeylər görəndə.1 Allah bilir səbəb nədi.belə halların qarşısı mütləq alınmalıdı

KaRoLeVa

21 Fevral 2011 18:43

Allah rəhmət eləsin. Bayaq TV-də baxdım
--------------------
Tək bir adam üçün darıxırsan, amma nədənsə hər yer sənin üçün kimsəsiz gələr. love

Asi_ruh

21 Fevral 2011 17:39

butun xeberler cemi uch cumleyleyle kifayetlenirler,niye oldurululub bu qeder insan biri demir insanlarin cani bu qedermi deyersiz olub yeni

Teymur

21 Fevral 2011 16:47

Göresən əsgərlər bir birini qıranda bunların böyükleri ne edirdilər Belə dəhşət olar axı ...

MR.QARRI

21 Fevral 2011 16:43

faciədi..........

elena

21 Fevral 2011 16:09

Allah rehmet elesin.inwallah sebebi aciqlanar...twk...

Radiohead

21 Fevral 2011 16:03

Elə hamı deir allah rəhmət eləsin biriviz demirsiz ki bular niə ölür bulara niə nəzarət yoxdu bulara baxan xiyarlar neyniiyir orda? Əsgər o biri əsgəri niə öldürsün? Deməli dərəbəylik baş alıb gedirdə hərbi hissələrdə. Əsgər o biri əsgəri incidir başına it oyunu açır dözmür vurup hamsını öldürür yaxşıda eliyir. Güclü nəzarət olsa bir-birlərini incitməsinin qarşısı alınsa olmaz belə şeylər. Nə qədərki cibində biraz pulu var komandirin cibinə 5-10 manat qoyur isdədiyi əsgərə isdədiyini eliyir. Əsgər yazıx gedip nəsə desə komandirə adıda çıxır normal dildə desəy xəbərci nə deyildiyni yaxşı bilirsiz. Bütün dünyada normal hal kimi qarşılannan şey bizdə xəbərci kimi çııxır. Həmşə deyrəm bura yaşanılası yer deil imkanım ola gedip hətda Gürcüstanda qalaram birdə qayıtmaram buralara. Heç olmasa orda rüşvət yoxdu
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz

Twetty

21 Fevral 2011 15:47



ALLAH rehmet etsin...

Qreqor Zamza

21 Fevral 2011 15:43

Allah rəhmət eləsin.Allah yaxınlarına səbr versin.
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Nilay

21 Fevral 2011 15:01

ALLAH REHMET ELESIN.....

ChocoLatte

21 Fevral 2011 14:58

Allah aile uzvlerine sebr versin...Onlarin yeri cennetde hazirdir...ALLAH rehmet etsin...

Emil

21 Fevral 2011 14:54

1 saat əvvəl oxudum...
ALLAH rəhmət eləsin! recourse
--------------------

To get away clean, you have play dirty.

NellY

21 Fevral 2011 14:51

vayy bayag baxdim ele xeberlerde...Allah yaxinlarina sebr versin!

Ruvi

21 Fevral 2011 14:36

Allah uzaq eləsin belə hadisələri. Ölənlərəsə rəhmət diləyirəm Allahdan.

YERAZGIRL

21 Fevral 2011 14:33

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

arzu.ps

21 Fevral 2011 14:31

Eeeee özümüzün,özümüzə etdiyini hec kim edə bilməzAllah bilir nəyə görə öldürüblər biri-birilərini.Allah Rehmet eləsin recourse
--------------------
Her shey sensiz de Choooxxx gozeldi))))))))))

Faya

21 Fevral 2011 14:30

Allah rəhmət eləsin
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.