Loading...
Məmməd Əmin Rəsulzadə

Məmməd Əmin Rəsulzadə

Loading...
Məmməd Əmin Rəsulzadə

Məmməd Əmin Rəsulzadə (31 yanvar 1884, Bakı - 6 mart 1955, Ankara) — Azərbaycan dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhruriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi 20-ci əsrdə Azərbaycanda müstəqillik hərəkatının devizi olmuşdur.

Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

Məlumatları Buradan Oxuyun: Məmməd Əmin Rəsulzadə

Bu Gün Məmməd Əmin Rəsulzadənin Doğum Günüdür!
O, Azərbaycanın Yüksələn Bayrağını Bir Daha Endirməmək Üçün Əlindən Gələni Etdi.
Bəs Biz Gənclər Bunun Üçün Nə Etmişik, Düşünmüsünüzmü?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Nina Guney

25 Avqust 2012 23:51

O, Azərbaycanın Yüksələn Bayrağını Bir Daha Endirməmək Üçün Əlindən Gələni Etdi.
Bəs Biz Gənclər Bunun Üçün Nə Etmişik, Düşünmüsünüzmü?

hecne etmemisik...
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

MoNuElLa

1 Fevral 2011 16:13

Sitat: Dandoline
O elə yığışdırılmalıydı daa..Çörək alırdıq, 1"məmməd"ə, Nə bilim nə alırdıq, neçə "məmmədə"..Kişinin adını eləmişdik heç nə..Ona görə də yığışdırılmağını çox düzgün qərar hesab edirəm..

Raziyam
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(

Girbinne

1 Fevral 2011 00:49

görən 1də nə vaxt Azərbaycanda yenə də dahi şəxsiyyətlər olacaq

FLOR

31 Yanvar 2011 20:07

bu gun her birimiz Məmməd Əmin Rəsulzadənin davamcilari sayila bilerik ,, cox teeessuf ki Azerbaycanda bu dahi bir insanin adi az-az cekilir , az yad edilir ...halbuki bu dovlet ucun cox seyler etmisdi az muddetde ..ALLAH REHMET ETSIN. ruhu sad olsun hec vaxt unutmamisiq onu , unudulmayacaqda ne qeder ki buzler variq o yasayacaq qelbimizde.

Nilay

31 Yanvar 2011 19:47

Allah rehmet etsin.....

Lineva

31 Yanvar 2011 19:12

Böyük insan Dahi şəxsiyyət Azərbaycanın həqiqi ümummilli lideri ! Dünyanın belə örnək aldığı demokratik dayaqlara söykənən bir cumhuriyyət yaratdı.O təkcə dövlət xadımı deyildi o həmçinin filosof bir tarixçi idi.Onun ideyaları ,oun yaratdığı tarixi mühit milli azadlıq mübarizəsi onun başçılığı altında toplaşan nəhəng bir ziyalı komandısı və yaratdığı İlk Demokratık Azərbaycan dövləti.Bu dövlətin mövcud olduğu qısa müddətə nə qədər böyük işlər sığışdırdılar bunu o günki dövlə aparatından başqa daha kimlər edib Azərbaycanda ?! Onun adı Azərbaycan tariximizin ən şanlı səhivəsinə qızıl hərflərlə yazılmışdır.Nə qədər unutmdurmaq istəsələrdə üstündən sadəcə bir neçə kəlməylə keçib getsələrdə bu şəxsiyyətin adından bir gerçək varki tarixi silmək olmaz əlbət bir gün haq yerini tapar və Məmməd Əmin Rəsulzadə də öz layiqli yerini cəmiyyət həyatında tapar.Bütün dünya tarixində onsuzda yeri silinməzdir! Təəssüfləndiyim bir şey varki Türkiyədə Rəsulzadəni bizdən daha yaxşə tanıyır və daha çox hörmət qoyurlar ...

KaRoLeVa

31 Yanvar 2011 19:10

Azerbaycan tarixinin boyuk sexsiyyetlerinden birdi. Allah ona rehmet elesin
--------------------
Tək bir adam üçün darıxırsan, amma nədənsə hər yer sənin üçün kimsəsiz gələr. love

Ruvi

31 Yanvar 2011 18:35

Mehemmed Emin Resulzadedi-Unudulmayan sexiyyetdi.

Onsuz_Hayat

31 Yanvar 2011 18:07

Allah rəhmət etsin...

arzu.ps

31 Yanvar 2011 17:56

"Bir kərə yüksələn bayraq bir daha enməz!" sözləri üçün çalişan və bunu bizim yaddaşimiza həkk edən Məmməd.Əmin.Rəsulzadəyə Allah rəhmət etsin
Sitat: Tuvana
Rəsulzadənin bayrağımızda üçrəngi seçimi də ayrıca bir ideyaymış. Birinci rəng mavi, göylərdə olur. Mavi səmanın rəngidir. Axırıncı rəng yaşıl yeri, yaşıllığı tərənnüm edir. Ortadakı qırmızı isə yerlə göyün mübarizəsini bildirir. Aypara ilə ulduz isə qələbənin.

Bu məlumat üçün də tşk.Bilmirdim feel
--------------------
Her shey sensiz de Choooxxx gozeldi))))))))))

Dandoline

31 Yanvar 2011 17:11

Sitat: LiVe_MuSiC
Vaxtıyla Məmməd Əmin Rəsulzadənin adına pul var idi onu yıqışdırdılar, elə bil Azərbaycanda belə insan olmayıb,

O elə yığışdırılmalıydı daa..Çörək alırdıq, 1"məmməd"ə, Nə bilim nə alırdıq, neçə "məmmədə"..Kişinin adını eləmişdik heç nə..Ona görə də yığışdırılmağını çox düzgün qərar hesab edirəm..

Miss_Yerazka

31 Yanvar 2011 17:07

Sitat: LiVe_MuSiC
Vaxtıyla Məmməd Əmin Rəsulzadənin adına pul var idi onu yıqışdırdılar, elə bil Azərbaycanda belə insan olmayıb, halbuki Azərbaycanın yaranmasında böyük işlər görüb... Bizim əlimizdən hələki oxumaq gəlir... İnşallah instutu qutaraq bizdə Vətənə uqrunda çalışarıq...

InsAllah........Her Birimiz Birlessek Birlik Olsaq Cooox Sey Ede Bilerik......ancaq Artiq Adi Unudulur Ve Biz Gencler Elimizden Geleni Etmeliyikki Bele Dahi Onder Unudulmasin.....
Allah Məmməd Əmin Rəsulzadəye Rehmet Elesin........

Emil

31 Yanvar 2011 17:04

Allah qəni-qəni rəhmət eləsin....!
--------------------

To get away clean, you have play dirty.

Tuvana

31 Yanvar 2011 15:31

Azərbaycan tarixinin həqiqi liderlərindən biri. Tarixi şəxsiyyətlər arasında ən çox hörmət etdiyim insandır Rəsulzadə. Rəsulzadənin ideyaları sonradan öz təsdiqinin Avropada tapmış ideyalardır. Əgər onun qurduğu ADR SSRİ tərəfindən işğal olunmasaydı indi Azərbaycan Avropanın hegemon ölkələrindən biri olardı. Heyf belə bir şəxsiyyətə olduğunun 100də biri qədər olsun belə dəyər verilmir. Tarix kitablarından adı silinsə heç təəccüblənmərəm. Rəsulzadənin bayrağımızda üçrəngi seçimi də ayrıca bir ideyaymış. Birinci rəng mavi, göylərdə olur. Mavi səmanın rəngidir. Axırıncı rəng yaşıl yeri, yaşıllığı tərənnüm edir. Ortadakı qırmızı isə yerlə göyün mübarizəsini bildirir. Aypara ilə ulduz isə qələbənin. 192x ci 12 noyabr tarixində yuxarıda sadaladıqlarım Parisdə keçirilən dünyəvi iclasda da qəbul olunub. Məmməd Əmin Rəsulzdə türk dünyasının dahi insanıdır. Onu unutmaq, bilməmək günahdır.
--------------------
========================
Azad Fikir, Azad Düşüncə, Azad İnsan
========================

Mamedovich

31 Yanvar 2011 15:15

Bu Gün Məmməd Əmin Rəsulzadənin Doğum Günüdür!
O, Azərbaycanın Yüksələn Bayrağını Bir Daha Endirməmək Üçün Əlindən Gələni Etdi.
Bəs Biz Gənclər Bunun Üçün Nə Etmişik, Düşünmüsünüzmü?



Vaxtıyla Məmməd Əmin Rəsulzadənin adına pul var idi onu yıqışdırdılar, elə bil Azərbaycanda belə insan olmayıb, halbuki Azərbaycanın yaranmasında böyük işlər görüb... Bizim əlimizdən hələki oxumaq gəlir... İnşallah instutu qutaraq bizdə Vətənə uqrunda çalışarıq...

Mr_RoCCo

31 Yanvar 2011 14:48

1919-cu ildə Bakı Dövlət Universitetini yaradıb və burada Osmanlı Ədəbiyyatı Tarixindən dərs deyib.
--------------------
FaceBook
Instagram - ageelvevo