Loading...
Facebook-un üzvləri 600 milyona çatır

Facebook-un üzvləri 600 milyona çatır

Loading...
Facebook-un üzvləri 600 milyona çatır

Facebook olduqca yüksək böyümə faizi ilə üzvlərinin sayını çoxaldır. Uzun müddət mətbuatda adı çəkiləndə «500 milyondan artıq üzvü olan sosial şəbəkə» kimi tanınan Facebook-un üzvləri artıq 600 milyonu haqlayıb. Bu barədə Facebook statistikalarını yayan SocialBakers.com (köhnə adı ilə Facebakers.com) saytında qeyd olunur. Sayt API-lər vasitəsi ilə işləyir.

Saytda statistikalar müəyyən perioddan bir yenilənir və yerləşdirilir. Buradakı statistik məlumatlar real-time olaraq göstərilmir. Hal-hazırda 596 372 520 göstərilir. Hər yenilənmə müddətində bir neçə 10 milyonluq userin də artmağı gözlənilir.

Facebooka yaxın başqa qaynaqların dediyinə görə isə, Facebook 600 milyonuncu üzvünü sakit qarşılamaq niyyətindədir. Onlar bu barədə rəsmi məlumat verməyəcək. Növbəti səs-küylü statistikanı üzvlərinin sayı 1 milyard olanda açıqlayacaqlar. Ehtimallara görə 600 milyon rəqəmini biz SocialBakers saytından öyrənə biləcəyik. Onu qeyd etmək olar ki, artıq media nümayəndələri Facebook-dan danışanda onu «600 milyon üzvü olan sosial şəbəkə» kimi təsvir edə bilərlər.

Başqa bir məlumat isə Facebook-un fb.com domainini 8.5 milyon dollara almasıdır. Bundan başqa fb.org-la da maraqlandığı deyilir. Bu tip qısa domainləri gələcək servislərində istifadə üçün olduğu ehtimal olunur. Facebook SMS üzərindən işləyən, mobil platformalarla inteqrasiyalı yeni servislər və sosial inbox kimi yenilikçi funksiyaları istifadəyə verməyə hazılarşır. Sayt thefacebook.com-dan facebook.com-a keçən vaxt (2005) 200 min dollar ödəmişdi.

Ötən ilin sentyabr ayında Facebook-un mobil telefon çıxaracağı ilə də bağlı xəbərlər yayılmışdı. Bu məlumatın da gerçəkləşmə ehtimalı var. Yazılanlara görə, Facebook-a da sərmayə qoyan Çinli səhmdarın da səhmləri olan INQ tərəfindən telefon istehsal olunacaq. Əgər belə bir hal olsa, telefonun Android əsaslı olacağı deyilir. Rəsmi məlumat hələ ki yoxdur.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Onsuz_Hayat

23 Yanvar 2011 20:30

Face sayəsində neçə ailə dağılıb..duzdu oda baxır insanına..qadının(kişinin) həyat yoldaşına olan sədaqətinə...mən orda varam...oyun oynayiram dostlarimla vaxt keçirdirəm..1-2 saatimi alir

WUgirl

23 Yanvar 2011 20:03

Fb accountumu bağlamışdım qayıdanda bu dəfə dostlarım silindi nədənsə. Bir də görürəm qızlar yazır məni niyə silmisən o gün gördüm ki hətta qohumum da silinib yenidən add etdim. Yaxşıdır fb bütün uni tanışları ordadır. Hamıdan xəbərin olur, ad günləri olanda, bayramlar olanda təbrik edirsən bir də şablon smslər cavablandırmalı olmursan. Punkuşla oyun da oynayırıq qonşuyuq mocking
--------------------
ayrı düşdüm joyumdan joyazımdan :))))

FLOR

23 Yanvar 2011 19:38

mene ferqi yox isteyir baglansin istemir baglanmasin .. birce onu bilirem ki bos seydi kimlerse pul qazanir genclerinde aximi ora gedir

Vamp

23 Yanvar 2011 19:30

smile Facebook əyləncəmdir)Daha doğrusu uni həyatının evdə davamıdır))
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

Rufat

23 Yanvar 2011 18:40

Həyat mənimçün Joy.azdan ibarətdir!:)))
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Lineva

23 Yanvar 2011 18:35

Qaraqan yaxşı deyib ama ki ironiya ilə )

Rufat

23 Yanvar 2011 18:27

Həyat facebook'dan, twitter, myspace'dən ibarətdir! :)
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Lineva

23 Yanvar 2011 18:19

Sitat: Rufat
Sənə görə mənasızdır. BAĞLANMASIN:)

Bəli mənə görə mənasızdır şəxsi fikrimdir sən özün bilərsən mən sənə qarışdımki .Və sonunda BAĞLANSIN! tongue

Rufat

23 Yanvar 2011 18:16

Sitat: Lineva
Fakt budur ki Azərbaycanda facebooku tanışlıq portalına çeviriblər ən də ona görə dedim ki MƏNASIZDIR.

Bu "internet mədəniyyəti" olmayanlara aiddir. Dedim axı hər kəsin öz məqsədi var orada. Şəxsən mən hər kəsin tanışlıq saytı kimi tanıdığı Odnoklassnikidə də yalnız işlərimə görə oluram.
Sənə görə mənasızdır. BAĞLANMASIN:)
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Lineva

23 Yanvar 2011 18:13

Sitat: Rufat
Yəni bu qoca nənələrimizdən gələn facedə qızlar oğlan, oğlanlar qız axtarır söhbətini yığışdırın:)

Bax elə məndə bu cavabı istəyirdim ) bu qoca nənələrimizdən gəlmir Azərbaycanımızdan gəlir.Fakt budur ki Azərbaycanda facebooku tanışlıq portalına çeviriblər mən də ona görə dedim ki MƏNASIZDIR.

Rufat

23 Yanvar 2011 18:10

Sitat: Lineva
Özlərinə qız tapan oğlanlar üçün çox maraqlıdır inanıram ) Nəysə bir çox şeylər sayardımki mənasız oladuğuna dair ama bura yeri deyil

Hə bax bu cavabı istəyirdim. Burada artıq söhbət dəyişir.
Mənasızdır o kəs üçün ki, oradan bir xeyri yoxdur. Buraya yalnız tanışlıq yox, o insan nə facebookda hansısa bir iş görür, nə əlaqə saxlaya bilmədiyi yaxınları ilə oradan əlaqə saxlayır, məlumatlanır və s.
Məsələn facebookda Joy.az səhfəsinə bu dəqiqə daxil olan olsa görər ki, orada bu dəqiqə gündəmdə olan mövzularla bağlı müzakirələr gedir. Yəni bu qoca nənələrimizdən gələn facedə qızlar oğlan, oğlanlar qız axtarır söhbətini yığışdırın:)
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Lineva

23 Yanvar 2011 18:06

Sitat: Rufat
Sənə görə mənasızdır. Buna qarışmıram. Amma sənə görə mənasız olan bir şey hər kəs üçün maraqsızdırmı ki, sayılmır deyirsən? Hiss elədim heç bəddua etmirsən:)

Özlərinə qız tapan oğlanlar üçün çox maraqlıdır inanıram ) Nəysə bir çox şeylər sayardımki mənasız oladuğuna dair ama bura yeri deyil

Rufat

23 Yanvar 2011 18:02

Sitat: Lineva
Bu cansız və mənasız bir şeydi ona görə də sayılmır.Həm belə mənasız şeylər üçün nə bəd nə də xoş dua etmərəm

Sənə görə mənasızdır. Buna qarışmıram. Amma sənə görə mənasız olan bir şey hər kəs üçün mənasızdırmı ki, sayılmır deyirsən? Hiss elədim heç bəddua etmirsən:)
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Lineva

23 Yanvar 2011 18:00

Sitat: Rufat
Axı bəddua edirsən. Hər xoşumuza gəlməyənə bədduamı edək?

Bu cansız və mənasız bir şeydi ona görə də sayılmır.Həm belə mənasız şeylər üçün nə bəd nə də xoş dua etmərəm

Rufat

23 Yanvar 2011 17:57

Sitat: Lineva
Bu mənim öz fikrimdi və istəyimdi bunun ki başqalarının istəyinə dəxlisi yoxdu.Xoşlayanlarda desinlər ki kaş bağlanmasın

Axı bəddua edirsən. Hər xoşumuza gəlməyənə bədduamı edək?
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

SabishKa

23 Yanvar 2011 17:55

winked Facebook winked

Face mənim üçündə maraqlıdır face-də axtarışda oluram ancaq )

Lineva

23 Yanvar 2011 17:53

Sitat: Rufat
Sənin xoşuna gəlmirsə niyə deyirsən bağlansın?:)

Bu mənim öz fikrimdi və istəyimdi bunun ki başqalarının istəyinə dəxlisi yoxdu.Xoşlayanlarda desinlər ki kaş bağlanmasın

Rufat

23 Yanvar 2011 17:50

Sitat: Lineva
Kaş tezliklə bağlansaydı

Sənin xoşuna gəlmirsə niyə deyirsən bağlansın?:)

Mənim hər gün bir neçə dəfə daxil oluram, demək olar netdə nə vaxt olsam profilim online olur facebookda.
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Lineva

23 Yanvar 2011 17:48

Kaş tezliklə bağlansaydı.Çox mənasız gəlir mənə.

D-e-V-i-L

23 Yanvar 2011 17:32

Ela amma ewitmiwem ki 15 mart baxlanir facebook (((

Babydoll

23 Yanvar 2011 17:01

Maraqlıdı face.))Dostlarım da çoxdur.))Xoşum gəlir.))
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

İrmak

23 Yanvar 2011 15:18

Nifrət edirəm bu sayta)
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Emil

23 Yanvar 2011 14:51

Elədə çox vaxt keçirtmirəm, gündə 1 saat filan, amma maraqlıdı)
--------------------

To get away clean, you have play dirty.

Mamedovich

23 Yanvar 2011 13:59

Facedən artıq 4 aydı istifadə edirəm mənə maraqlı gəlir...

Mr_RoCCo

23 Yanvar 2011 12:25

Face-dən uzun müddətdi istifadə eliyirəm...Son bir neçə vaxtdır əvvəlkinə nisbətən az-az girirəm..Əvvəllər günün 13-14 saatını orda keçirirdim)) feel
--------------------
FaceBook
Instagram - ageelvevo

Qreqor Zamza

23 Yanvar 2011 11:43

Məncə facenin artıq marağı qalmayıb.Əvvəl daha maraqlı idi.Bağlamaq istəyirəm səhifəmi,bəlkə bağladım.
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

YERAZGIRL

23 Yanvar 2011 10:45

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

ChocoLatte

23 Yanvar 2011 09:57

Xmm maraqlidi.Men de varam facede.Evveller qeydiyyatdan kecmisdim ancaq girmirdim,indi girirem...
O defe girdimki iminni facenin sehifesi donur eseblesmisem daha girmirem((