Loading...
İspaniyada siqaret qadağası qoyulub

İspaniyada siqaret qadağası qoyulub

Loading...
İspaniyada siqaret qadağası qoyulub

İspaniyada siqaret qadağası qoyulub.
İctimai yerlərdə siqaret qadağası genişləndirilib


İspaniya hökümtindən siqaret çəkənlərə yeni il "hədiyyəsi"

İspaniyada siqaret qadağasının əhatəsi genişləndirilib. 2006-cı ildən bəri tətbiq edilən ictimai yerlərdə siqaret məhdudiyyətinin əhatə dairəsi daha da böyüyüb. Artıq bar, restoran, kafe, məktəb və xəstəxanaların həyətlərində də siqaret çəkmək qadağandır. Hətta televiziya efirlərində də siqaret qadağası tətbiq ediləcək və görüntülərdə siqaret çəkilməsi yer almayacaq.

Hakim Sosialist Partiyasının hazırladığı qanun layihəsi dekabr ayında parlamentin aşağı palatasında 154-ə qarşı 189 səslə qəbul edilmişdi. 2006-cı ildə qəbul edilən məhdudiyyət qaydalarına görə isə ictimai yerlərin siqaret çəkilməyən hissələri fəaliyyət göstərirdi. Bu isə bar və kafelərdə gəlirlərin 15 faiz azalmasına səbəb olmudşu. Elə buna görədir ki, sahibkarlar qadağaya qarşı çıxır və qadağa ilə təxminən 145 min insanın işsiz qalacağını bildirirlər. Çünki bu sektor 10 faiz daralacaq.

İspaniya səhiyyə nazirliyi isə qadağanın Britaniya, Fransa və İtaliyada uğurla həyata keçirildiyini və iqtisadiyyata ciddi təsir göstərmədiyini nümunəs göstərir. Yeni qadağa ilə ispanlar və bu ölkəyə gələn turistlər təkcə tam açıq sahələrdə siqaret çəkə biləcək.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

29 May 2014 13:21

Nə vaxtsa bizdə də yəqin olar
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

l2a1000

13 Yanvar 2011 00:43

İnşAllah gələcəkdə çəkmək fikrim yoxdu)

Lineva

13 Yanvar 2011 00:33

Sitat: Rufat
Allah eləməsin:)

Mən nə dedimki allah eləməsin )

Rufat

13 Yanvar 2011 00:23

Sitat: Lineva
Siqaret üçün ailəsini dağıdanlar var )

lol
Allah eləməsin:)
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

m.Hesenzade

13 Yanvar 2011 00:06

Sitat: Lineva
Siqaret üçün ailəsini dağıdanlar var )


Əşşi )))
--------------------
Qara Kitabın Xoş Xatirələri...

Lineva

12 Yanvar 2011 23:59

Kaş bu qayda Azerbaycandada olsaydı.Siqaretin tüstüsü gələn kim bir təhər oluram.
Siqaret üçün ailəsini dağıdanlar var )

m.Hesenzade

12 Yanvar 2011 23:20

Siqaret çəkmirəm.
--------------------
Qara Kitabın Xoş Xatirələri...

_MooN_

12 Yanvar 2011 21:53

............ne vaxtsa burda da olsa bele qanun cox yaxsi olardi en esasda ictimayi yerlerde qadaga qoysunlar.............siqaret cekenler ayri cekmienler ayri olardi................

FLOR

12 Yanvar 2011 19:59

bos sozdu inanmiram tergide bilsinler kimise

Faya

12 Yanvar 2011 18:50

Hec sevmirem siqaret cekenleri hele agzindan iy gelirse vobwe nifret edirem. Ela xeberdi, Insallah bizde de bele olar bir gun.
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

Hitch

12 Yanvar 2011 18:50

Məni tanıyanıar bilirdə Qəti siqarət çəkmirəm, heç Mıtıda çəkmirr. Bu xəbəridə ona görə elə Mıtı qoyub =)

Aidan

12 Yanvar 2011 18:15

İspannar Turisdərə Baxıb ŞişəcəyLər=)
--------------------
Dream it.
Wish it.
Do it.

MASTER-SAN

12 Yanvar 2011 17:44

Eger oglanin pulu coxdusa varli bir oglandisa ,qizlar ucun o siqaret iyi gozel bir qoxu kimi qebul olunur ...Ele gozel iyliyirler i siqaret iyini ..gel goresen
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

ChocoLatte

12 Yanvar 2011 17:40

Siqaretin iyini mende goture bilmirem.Evde istifade eden yoxdu.Qardasimi duzu bilmirem.Atam istifade etmir uzun illerdi....

Ayka Ronaldo

12 Yanvar 2011 16:43

Sitat: Ruvi
Siqaretin qadagasi olmaz. Ne qeder qadaga qoysalar da yene tapib cekeirler o zeheri.

Düz deyirsən

Nilay

12 Yanvar 2011 15:45

siqaret ceken insanlara nifret edirem bee

Mamedovich

12 Yanvar 2011 15:41

Məncə bu qadağa İspanlarda alınmaz çünki siqaretə yavaş yavaş qadağa qoymaq lazım idi.... Siqareti birdən atmaq insanlara çox psixoliji təsir edəcək.

Ruvi

12 Yanvar 2011 15:05

Siqaretin qadagasi olmaz. Ne qeder qadaga qoysalar da yene tapib cekeirler o zeheri.

Dior Cherie

12 Yanvar 2011 14:17

sigaretin iyine doze bilmirem) what

Emil

12 Yanvar 2011 13:32

Çəkmirəm, İnşAllah gələcəydədə çəkmərəm.) winked
--------------------

To get away clean, you have play dirty.

arzu.ps

12 Yanvar 2011 12:39

Yaxşi eliyib qadaga qoyublar.Bizdə də olsa əla olardi.
--------------------
Her shey sensiz de Choooxxx gozeldi))))))))))

___DiMaggio

12 Yanvar 2011 12:13

Sitat: Dandoline
Düz deyirəm dəəə...


həri düz deyirsən. mən də nə cəkirəm, nə də iysinnən xosum gəlir

Mr_RoCCo

12 Yanvar 2011 12:08

çox yaxşı qaydadı bizdədə tətbiq eləsələr çox ürəyimcə olar.Çünki siqaret adı gələndə əsəbləşirəm eseb
--------------------
FaceBook
Instagram - ageelvevo

oNlY_remember_me

12 Yanvar 2011 11:17

Dandoline
duz deeeeeeeeeeyirsennnnn

Elif_87

12 Yanvar 2011 11:06

Sitat: Dandoline
Düz deyirəm dəəə...

Məncə də düz deyirsən...

Siqaretin qoxusuna nifrət edirəm fuu ...

Dandoline

12 Yanvar 2011 10:56

___DiMaggio,
Düz deyirəm dəəə... bee

___DiMaggio

12 Yanvar 2011 10:51

Sitat: Dandoline
Yoxsa oturursan marşrutda, biri də çöldə siqaret çəkib gəlir oturur yanında, bütün yolu iydən birtəhər ola-ola gedirsən.

cig ireful

Dandoline

12 Yanvar 2011 10:38

Ay daaa kaş bizdə də qayda çıxardardılar ki,siqaret çəkənlərlə çəkməyənlərə ayrı avtobuslar,metrod ayrı vaqonlar ayrılsın..Necə ki restoranlarda olur ee elə..Yoxsa oturursan marşrutda, biri də çöldə siqaret çəkib gəlir oturur yanında, bütün yolu iydən birtəhər ola-ola gedirsən.. sad