Loading...

"Facebook"dan sildiyiniz şəkillər doğrudan da silinirmi ?
Xəbərlər
- 27 Noyabr, 2010
- 3 274 Baxış
Loading...

"Facebook"a yüklədiyiniz və sonra sildiyiniz fotoşəkillərdən tamamilə xilas olduğunuzu düşünürsünüzsə yanılırsınız. Çünki, "Facebook"dan silinən fotoşəkillər sistemli şəkildə yaddaşa atılır."Hürriyet"-ə istinadən verilən məlumata görə, 500 milyondan çox istifadəçisi olan "Facebook" sayəsində istifadəçilər fotoşəkillərini, düşüncələrini dostları ilə paylaşa bilirlər. Ancaq fotoşəkilinizi "Facebook"a yükləyərkən düşünmənizdə fayda var.
Belə ki, "Ars Technica"nın redaktorlarından Jacqui Çeng, fotoşəkilini yüklədikdən sonra bu fotoşəkilini hesabından silir. Ancaq fotoşəkilinin URL-unu (yəni əlaqə ünvanını) saxlayır. Bir ildən sonra linkdən istifadə edən Çeng, fotoşəkilin hələ də "Facebook" da qaldığını görüb. Bənzər şəkildə fotoşəkillərini "Facebook"a yükləyən və sonradan bu fotoşəkilləri silən istifadəçilərin başına bu cür hadisələr çox gəlib. Bunun səbəbi isə istifadəçinin fotoşəkilini silməsinə baxmayaraq "Facebook" serverlərində avtomatik qeydiyyata düşməsidir. Buna görə də Facebook"a şəkil yükləyərkən diqqətli olmaq tövsiyyə olunur. Bundan əlavə səhifənizdə yerləşdirdiyiniz ünvan və məlumatlarda serverə ötürülür.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...