Loading...
Qurban Kəsmə Qaydaları

Qurban Kəsmə Qaydaları

Loading...
(Hazır) Qurban Kəsmə Qaydaları

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə fitva verib. Fitvada QMİ və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları bir daha təbrik edib. Orada bildirilir ki, qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsməsi Allah-Təala yanında bəyənilmiş əməllərdən sayılır: “Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır”.

Fitvada vurğulanır ki, qurban kəsilən heyvan sağlam və kök olmalıdır: “Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır”.
Xatırladılır ki, 5-6 adamın cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsməsi çox yerlərdə el adətinə çevrilib: “Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versin. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbaya paylanmalıdır. Şərikli kəsilən qurbanın hər şərikə çatan payı da üç hissəyə bölünməlidir”.
Fitvada deyilir ki, qurban kəsərkən heyvanı üzü qibləyə doğru uzatmaq, qoyunun ayaqlarından birini azad saxlamaq, iribuynuzlu heyvanın isə dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən yaxşı olar ki, Qurban duası oxunsun və ya heç olmazsa “Bismillah” deyərək kəsilsin: “Azərbaycanda hər iki məzhəb daşıyıcılarının olması və onların hüquqlarının demokratik şəkildə təmin edilməsi məqsədilə dövlətimiz rəsmi olaraq iki gün - 16-17 noyabr tarixlərini Qurban bayramı münasibətilə qeyri-iş günü elan edib. Bu günlərin hər birində hər kəsin öz əqidəsinə uyğun olaraq qurban kəsməsi və bayram namazı qılması məqbuldur. Tövsiyə edirik ki, bu müqəddəs bayram günlərində qurbanlıqların kəsilməsini baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edəsiniz. Qurbanların uşaqların gözü qarşısında kəsilməməsi məsləhətdir. İnsanı öz Yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın-köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələr. Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir. Allah-Təala insanların mənən saflaşması və həmrəyliyinə nail olması məqsədilə qərar verdiyi bu bayram günündə kəsdiyiniz qurbanları qəbul etsin. Amin!” (APA).
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

witch_ifi

17 Noyabr 2010 19:10

Allah qebul elesin

FLOR

16 Noyabr 2010 21:36

Allah butun qurbanlari qebul etsin ...

BakıLıLaR

16 Noyabr 2010 19:33

xeberim var menim Qurban hokmunden !

l2a1000

16 Noyabr 2010 13:12

Allah bütün kəsilən qurbanları qəbul edər İnşAllah

Mamedovich

16 Noyabr 2010 13:11

Maraqlı xəbər görə tşk

Moren

16 Noyabr 2010 12:47

Allah qəbul eləsin.

MR.QARRI

16 Noyabr 2010 12:44

bilirəm

İrmak

16 Noyabr 2010 12:41

Dünən bütün kanallar deyirdi bu haqda smile
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

BLaCKSTaRIN

16 Noyabr 2010 11:50

tewekkur bu haqda melumatim var.......

VaMPirka

16 Noyabr 2010 11:42

yaziq qoyunnarn can hecne olmaz =)))bizde onsuzda oleciyik laughing

Nahid-19

16 Noyabr 2010 11:15

Bu haqda xəbərim var bilirəm bilməyənlər bilsin..Təşəkkürlər....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

LeiLa

16 Noyabr 2010 11:03

Xəbərlərdə qurbandan başqa heç nə görmürəm day.
--------------------
Одно из самых обычных заблуждений состоит в том, чтобы считать людей добрыми, злыми, глупыми,
умными. Человек течет, и в нем есть все возможности: был глуп - стал умен, был зол - стал добр,
и наоборот. В этом величие человека. И из-за этого нельзя судить человека... Ты осудил, а он уже
другой.