Loading...
Xocavənd rayonunun işğalında 18 il ötür

Xocavənd rayonunun işğalında 18 il ötür

Loading...
Xocavənd rayonunun işğalında 18 il ötür

Oktyabrın 2-si Xocavənd rayonunun işğal günüdür. Sahəsi 145647 hektar olan Xocavənd rayonu 1992-ci il 2 oktyabr tarixində Ermənistan Respublikası tərəfindən işğal olunub.

Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb,
Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz»in əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər mütəmadi yandırılaraq fauna və flora tamamən məhv edilir, içlik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır.

Coğrafi mövqeyi

Rayon
Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir. Relyefi əsasən dağlıqdir. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədərdir.

Xocavənd rayonunun işğalında 18 il ötür

Qəsəbələr / Kəndlər

Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Rayon 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, Ömrallar, Muğanlı, Kuropatkin, Tuğ, Haxulu, Salaketin, Günəşli, Xətai. Dağ yamaclarına səpələnmiş beş-on Qarabağ oba sı. Məşhur Tuğ kəndi..

Təbii sərvətləri

Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə - tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində
"Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi.

Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Həmin rayonun Mets-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Tağlar mağarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir. Xocavənd ərazisində istifadəyə yararlı yeraltı su ehtiyatlarını qiymətləndirmək məqsədilə bir vaxtlar kompleks hidrogeoloji tədqiqatlar aparılıb. Nəticədə 9 perspektiv sahə seçilib və həmin sahələr üzrə IV dövr, Təbaşir və Yura sulu komplekslərinin 83 min kubmetr/gün həcmində yeraltı su ehtiyatları aşkarlanıb. Bundan başqa bulaq axımı moduluna əsasən 7,34 min kubmetr/gün həcmdə yeraltı su ehtiyatları hesablanıb. Beləliklə, rayonun ərazisində istifadəyə yararlı yeraltı sular 90,34 min kubmetr/gün təşkil edir.

İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.

İqtisadi xarakteristikası

Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında üzümçülük, taxılçılıq və heyvandarlıq mühüm yer tuturdu.


Xocavənd rayonunun işğalında 18 il ötür


Xocavənd rayonunun işğalında 18 il ötür


Xocavənd rayonunun işğalında 18 il ötür


Xocavənd rayonunun işğalında 18 il ötür

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

IBRAHIMOVA LEMAN

24 İyul 2014 16:19

Sitat: İrmak
Möhtəşəm yerdi ((

ELEDI MEN XOCAVENDLIYEM SEKILLERI VAR MENDE ORANIN EEEHH GORESEN HAVAQ ALACAQLAR ORANI KENNDDE 3 MERTEBE EVIMIZ VARIYMIS MEN GORMEMISEM ORANI INSALLAH ALARIQ

witch_ifi

4 Oktyabr 2010 23:52

OnLy_YoU elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!
Sene halaldi. bu bizim torpagimizdi ve biz bu torpaga sahib cixacayiq....

MASTER-SAN

3 Oktyabr 2010 17:25

gun .bizi ancaq muharibe bu duwuncelerden ve bu fikirlerden xilas edecek ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

NaNi_17

3 Oktyabr 2010 13:58

tesufki bele gozel yer irmishik.bes ne vaxt alinacaqeeeeeeeeeeeee....

Lektra

3 Oktyabr 2010 12:08

TESHEKURLER AZERLER UCUN ONEMLI XEBERDI,AMMA XAISH EDIREM RAYONLARIN ADINI DUZGUN YAZIN FIZULI YOX FUZULI.
NEYSE TESHEKURELR

NEYSE TESHEKURLER

Girbinne

3 Oktyabr 2010 02:54

bes ne vaxt geeri alaciq eseb?

FLOR

3 Oktyabr 2010 01:48

cetin qelebe olsun(

Nahid-19

3 Oktyabr 2010 00:03

Sitat: _Zac_Efron_
INWALLAH bir gun qelebe xeberini yerlewdirersiz.

Çətin..Amma alınar bir gen İNŞALLAH ALLAH qoysa....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

İrmak

2 Oktyabr 2010 23:14

Möhtəşəm yerdi ((
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

_Zac_Efron_

2 Oktyabr 2010 21:25

INWALLAH bir gun qelebe xeberini yerlewdirersiz.
--------------------
Лучше умереть стоя, чем жить на коленях

MR.QARRI

2 Oktyabr 2010 20:57

alacağıq inşallah

Mamedovich

2 Oktyabr 2010 20:53

Teessufler olsunki helede duwmen tapdaqi altindadi

l2a1000

2 Oktyabr 2010 20:47

sad