Loading...

2 Yeni Xəbəri
Xəbərlər
- 02 Sentyabr, 2010
- 2 049 Baxış
Loading...

Ağırlıq qaldırma üzrə 21 yaşlı gürcü idmançısı Zaur Şavqulişvili öldürülüb.
İdmançı dünən gecə güllələnib. Zaur Şavqulişvilini güllələyən şəxs əsəbi vəziyyətdə olub və idmançı ilə onun arasında qeyri-ciddi bir məsələyə görə mübahisə yaranıb. Cinayəti törədən şəxs gizlənib. Onun şəxsiyyəti məlumdur və polis tərəfindən axtarılır.
Qeyd edək ki, Zaur Şavqulişvili 2 ay sonra Danimarkada ağırlıq qaldırma üzrə keçiriləcək dünya çempionatına hazırlaşırmış.

Meksika hüquq-mühafizə orqanları ən nüfuzlu narkobaronlardan biri – “Barbi” ləqəbli Edqar Valdes Villyarealı həbs ediblər.
“France Presse” agentliyinin məlumatına görə, Edqar Valdes Villyareal Beltran Leybin kartelində “Los Negros qatillər dəstəsinə” başçılıq edirmiş.
“Barbi” ABŞ-da doğulub. Onu ən yaxın zamanda bu ölkəyə ekstradisiya edə bilərlər. Amerika hökuməti onun başına 2 milyon dollar mükafat təyin edib.
Beltran Leyba 2009-cu ilin dekabrında öldürüləndən sonra onun qardaşı Hektor və “Barbi” arasında hakimiyyət uğrunda mübarizə başlayıb. Onların arasındakı sonuncu qarşıdurmanın qurbanları avqustun 22-də aşkar edilib. O zaman Meksikanın mərkəzi hissəsindəki Kuernavaka şəhərində körpüdə başları və bədən üzvləri kəsilən 4 asılmış meyit tapılıb. Meyitlərin üzərində “satqın Edqar Valdes Villyarealı dəstəkləyənlərin aqibəti belə olur” sözləri yazılıb.

OXŞAR XƏBƏRLƏR
Загрузка...