Loading...
Qubadlının işğalından 17 il ötür

Qubadlının işğalından 17 il ötür

Loading...
Qubadlının işğalından 17 il ötür....

Qubadlının işğalından 17 il ötür

Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 17 il ötür.

APA-nın məlumatına görə, ərazisi 826 kv.km olan Qubadlı rayonu 1993-cü il avqustun 31-də ermənilər tərəfindən işğal edilib.

Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlının ümumilikdə 232 sakini şəhid, 146-sı əlil olub. Ermənilər Qubadlıda 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, 5-ci əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Nina Guney

25 Avqust 2012 13:54

Umid senedir ancaq Azerbaycan Esgeri.......
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

Sweety

3 Sentyabr 2010 18:55

Allah səbr versin bizlərə...Belə getsə daha daha neçə illəri beləcə yola salacıq bu gedişlə recourse

FLOR

1 Sentyabr 2010 02:19

bele getse bu cure 17 iller cox gozlenecek .. birdeki bu tesekkur yazanlar maraqlidi neye tesekkur edirler?

devecili

1 Sentyabr 2010 00:26

gec tez amma inşallah bir gün torpaqlarımızı geri alıb o şərəfsizlərə günlərini göstərərik....

LARACROFT

1 Sentyabr 2010 00:23

Sitat: NaNi_17
Gorekde ne olacaq ama umudsuzik....


Hər nə olursa olsun ümidimizi itirməməliyik.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

NaNi_17

31 Avqust 2010 22:34

Gorekde ne olacaq ama umudsuzik....

İrmak

31 Avqust 2010 21:12

Hər ili sayırıq deyiriq hə alacayıq ama olmur.
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

HBK

31 Avqust 2010 20:53

Adam esebleshir. Biz hele bele xeberler chox yazacagiq deyesen. 20 il 30 il. Day noldu ee.

afsanka

31 Avqust 2010 19:48

Bu toarpaqlar cetin bize qayitsin umudle kecmir heyat oturdugumuz yerden hec kes bize torpagimizi vermeyeceki "bu sizin torpaqlardi buyurun goturun"bunu bize hec kes demeyecek..o torpaglarimizi hec ordan qacqin dusenlerde o qeder istemir..

music_my_life

31 Avqust 2010 19:34

Inwallah alarlar geri torpaqlari. Kor ne istiyir iki goz

ChocoLatte

31 Avqust 2010 18:58

Ehh daha umudimde qalmayib...

Nahid-19

31 Avqust 2010 18:20

Yuya bilmiriksə biz qanı qanla,
De necə barışım mən bu zamanla!!!

Biz hələdə geriyə sayırıq....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

10-suz

31 Avqust 2010 16:47

hm.gorurem hele cox il yola salacagiq

Elif_87

31 Avqust 2010 16:30

Ehhh!!!
Ümid edirdim ki, yəqin bir gün torpaqlarımız alınar amma artıq ümidim itib...

Mamedovich

31 Avqust 2010 15:49

17 il az deyil.Insallah qayidar ozmuze

crazy women

31 Avqust 2010 15:36

17 il.....hele gorek nece il bele sayaciyiq...Inwallah axirinci iller olar

l2a1000

31 Avqust 2010 15:25

Görəkdə nə olur axırıı

Faya

31 Avqust 2010 15:25

Hmm... 17 il... sorry
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

Estela

31 Avqust 2010 15:09

saya saya gedek

True_Love

31 Avqust 2010 15:09

Təşəkkürlər

Babydoll

31 Avqust 2010 15:06

Tesekkurler
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..