Fon yüklənir...
Загрузка...

Cinayətkara bənzədiyi üçün 17 il həbsdə yatdı

Загрузка...
Cinayətkara bənzədiyi üçün 17 il həbsdə yatdı

ABŞ-da Riçard Entoni Cons adlı şəxs etmədiyi cinayətə görə 17 il həbsdə yatıb.
 
Buna səbəb əsl cinayətkarın ona çox bənzəməsi olub.
 
CNN kanalının məlumatına görə Cons 1.1 milyon dollar kompensasiya alacaq. Riçard 1999-cu ildə soyğunçuluq və bədənə xəsarət yetirməyə görə ittiham olunub. Onun bənzəri olan şəxs bir qadının əlindən telefonu götürüb qaçmaq istəyib. Bu zaman qadın ona mane olmaq istəyərkən yıxılıb ayağını qırıb. Bu bədənə ağır zərbə vurmaq kimi qiymətləndirilib. Ona görə də məhkəmə belə sərt cəza kəsib. Hadisə şahidləri cinayətkarı açıq dərili və ya afroamerikalı kimi xarakterizə ediblər. Məhkəmə əvvəlcə 19 il həbs cəzası verib. Cons appelyasiya şikayəti verib və hüquq müdafiəçilərinə üz tutub.
 
Nəticədə aydın olub ki, əsl cinayətkar Cons yox Riki Li Amos adlı şəxsdir. Şahidlərin yenidən dindirilməsindən sonra Cons azad olunub. Bundan əlavə o yanlış yerə həbsdə yatdığı üçün 1.1 milyon dollar dəyərində kompensasiya alıb














 
Загрузка...
loading...
Загрузка...