Fon yüklənir...
Загрузка...

Paşinyan-Putin görüşünün şok detalları: Ermənilər nəyi güzəştə getməlidir?

Загрузка...
Paşinyan-Putin görüşünün şok detalları: Ermənilər nəyi güzəştə getməlidir?

Son günlər Rusiya Ermənistan münasibətlərində problemin yaranması göz önündədir.
 
Sfera.az xəbər verir ki, rəsmi Yerevan Gümrüdə yerləşən 102-ci hərbi hissənin Ermənistandan çıxarılmasını istəyir. İki hərbiçinin həbs edilməsi Rusiya tərəfini əsəbləşdirdi. Dünən isə "Qazprom” Ermənistana satılan qazın qiymətini birdən biri 65 dollar qaldırdı. Belə ki, 100 kubmetr qaz üçün ermənilər yanvarın birindən 215 dollar ödəyəcək. Bu qərar Ermənistanın uçruma yuvarlanması deməkdir. Çünki rəsmi Yerevan 2018-ci ildə aldığı qazın pulunu hələ ödəyib qurtara bilməyib. 
 
 
20 dekabrda keçirilmiş Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransı zamanı erməni jurnalistin sualına cavab verərkən Putin  "Ermənistan Qafqazda Rusiya Federasiyasının ən yaxın müttəfiqidir. "-deyə bildirmişdi. Lakin görünən odur Rusiyanın Ermənistandan alacağı qisas amansız olacaq.
Dekabrın 27-də Nikol Paşinyanın Vladimir Putinlə Moskvada görüşəcəyi gözlənilir. Lakin bu günə qədər Rusiya prezidentinin Nikol Paşinyanı təbrik etməməsi suların durulmadiğını göstərir.
 
Erməni mətbuatı iddia edir ki, Rusiya Ermənistana təzyiq etməklə Qarabağ probleminin həllinə nail olmaq istəyir. Erməni mətbuatı yazır:”Son zamanlar rusiyameylli hərbi kadrların vəzifədən azad edilməsi də Rusiyanın qəzəbinə səbəb olur. Paşinyan hökuməti qısa zamanda dalana dirənib. Bu dar yoldan çıxmaq üçünsə rəsmi Yerevan qurban verməli olacaq.”

Загрузка...
loading...
Загрузка...