Loading...
Sosial bərabərsizliyin ən aşağı səviyyədə olduğu ölkələr sırasındayıq

Sosial bərabərsizliyin ən aşağı səviyyədə olduğu ölkələr sırasındayıq

Loading...
Sosial bərabərsizliyin ən aşağı səviyyədə olduğu ölkələr sırasındayıq

Azərbaycanda insan kapitalı üzrə forumun sonuncu günü sosial məsələlərə həsr olunub.

AZƏRTAC xəbər verir ki, dekabrın 21-də keçirilən tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların uğurlu nəticələri barədə danışıb. O bildirib ki, hazırda Azərbaycan sosial bərabərsizliyin ən aşağı səviyyədə olduğu ölkələr sırasında yer alıb. Ölkəmizdə güclü qadın siyasəti mövcuddur. Dövlət başçısının siyasətinin mərkəzində vətəndaşlar və onların maraqları dayanır. Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir.

Komitə sədri ölkəmizdə vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və onların sosial müdafiənin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dünyada insan kapitalının ümumi sərvətin 60 faizini təşkil etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin qəbul etdiyi Strateji Yol xəritələri barədə məlumat verən icraçı direktor burada da insan kapitalının inkişafına xüsusi diqqət yetirildiyini deyib. O, daha yüksək nəticələrə nail olunması üçün insan kapitalını əmək bazarının inkişafına uyğunlaşdırmağın vacibliyini qeyd edib.




Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR