Loading...
Milli Qəhrəmanın doğum günüdür

Milli Qəhrəmanın doğum günüdür

Loading...
Milli Qəhrəmanın doğum günüdür

Bu gün Milli Qəhrəman İbrahim Məmmədovun doğum günüdür. 

 Məmmədov İbrahim İsmayıl oğlu 1958-ci dekabrın 20-də ildə Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Naxçıvan şəhər 3 nömrəli məktəbi bitirib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub və piyadaların döyüş maşınında (PDM) tuşlayıcı-operator ixtisasına yiyələnib.

İbrahim hərbi xidmətdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.
 
İbrahim Məmmədov Xocalı faciəsindən sonra ailəsini də götürüb Bakıya gəlir. Azərbaycanda Könüllü Batalyonlardan birinin tərkibində döyüşlərə atılır. İ.Məmmədov Könüllü Batalyonlar ləğv edildikdən sonra 1993-cü ildə Milli Orduda bölük komandiri kimi öz fəaliyyətini davam etdirir. O, yeni yaradılmış hərbi hissədə əsgərlərin təlimi ilə ciddi məşğul olur. Çox keçmir ki, öz bölüyü ilə Kəlbəcərə yollanır. Onun komandirliyi altında strateji əhəmiyyətli bir yüksəklik düşməndən azad edilir. Ermənilər həmin gün 15 nəfərə yaxın itki verərək geri çəkilirlər.
 
1994-cü il fevralın 16-da Kəlbəcər rayonunda qızğın döyüşlərdə düşmənin 3 tankını və xeyli canlı qüvvəsini məhv edir. Erməni snayperin gülləsinə tuş gələn igid İbrahim aldığı yaradan şəhid olur.
 
 Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası prezidentinin 20 iyun 1994-cü il tarixli 156 saylı fərmanı ilə Məmmədov İbrahim İsmayıl oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
 
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR