Fon yüklənir...
Загрузка...

Jurnalistlərin qətli ilə bağlı daha bir hesabat: 53, yoxsa 80?

Загрузка...
Jurnalistlərin qətli ilə bağlı daha bir hesabat: 53, yoxsa 80?

Jurnalistləri Mühafizə Komitəsi ilin əvvəlindən bəri dünyada 53 jurnalistin qətlə yetirildiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, öldürülən jurnalistlərdən 34-ü hazırladıqları xəbərlər səbəbilə hədəf alınıb. 11 nəfər qarşıdurmalar zamanı, 8 jurnalist isə təhlükəli nümayişləri işıqlandırarkən qurbana çevrilib. 

Ən çox jurnalist Əfqanıstanda öldürülüb. Belə ki, Əfqanıstanda bu rəqəm 13, Suriyada 9, Meksikada 4, Hindistanda 4, Yəməndə 3, Braziliyada 2, Kolumbiyada 2, Liviya, Somali və Pakistanda 1-dir. İraqda 2012-ci ildən bəri ilk dəfə bu peşə sahiblərindən qətlə yetirilən olmayıb. Qəzzada 2 fələstinli jurnalist İsrail gülləsinin hədəfinə çevrilib. 

İlin ən səs-küylü jurnalist qətli Səudiyyə Ərəbistanından olan Camal Qaşıqçının İstanbulda yerləşən Səudiyyə konsulluğunda öldürülməsidir. İyul ayında 3 rusiyalı jurnalist çəkiliş üçün getdikləri Mərkəzi Afrika Respublikasında qətlə yetirilib. Öldürülənlər arasında Azərbaycan əsilli Orxan Camal da olub.

Jurnalistlərin qətl sayı ötən illə müqayisədə 2 dəfə artıb. 

Qeyd edək ki, dünən Sərhədsiz Reportyorlar Təşkilatı 2018-ci il üçün hesabatını açıqlayıb. Jurnalistləri Mühafizə Komitəsindən fərqli olaraq, bu təşkilat yanvar-noyabr aralığında dünyada 80 jurnalistin öldürüldüyünü elan edib. 

İl ərzində öldürülən jurnalistlərin yarıdan çoxu 5 ölkənin payına düşür: Əfqanıstan - 15, Suriya - 11, Meksika - 9, Yəmən - 8, Hindistan - 6.

Həmçinin bildirilib ki, hazırda dünyada 348 jurnalist həbsdədir. Ötən il bu rəqəm 326 olub. Həbsdəki jurnalistlərin yarıdan çoxu Çin, İran, Səudiyyə Ərəbistanı, Misir və Türkiyədə saxlanılır. Təkcə Çində 60 jurnalist həbsdədir.

Girovluqda olan 60 jurnalistin çoxu Suriya, İraq və Yəməndə saxlanır.

Gülşən
Загрузка...
loading...
Загрузка...