Fon yüklənir...
Загрузка...

"İşlərin yarımçıq görülməsi nəqliyyatın intelektual idarəetmə sistemini hələ də əlçatmaz edir" - Ekspert

Загрузка...

"Nə qədər ki, prosesdə tamamlanma işləri başa çatmayıb, nəqliyyatın intelektual idarəetmə sistemi də çalışmayacaq”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda nəqliyyatın intelektual idarəetmə sisteminin hələ də real olaraq işləməməsi səbəblərini aydınlaşdırarkən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib:
 
"Nəqliyyatın intelektual idarəetmə sisteminin hələ də işləməməsi səbəbini əslində ona cavabdeh olan Bakı Nəqliyyat Agentliyindən soruşmaq lazımdır. Bildiyimə görə, vaxtilə Nəqliyyat Nazirliyinin dövründə həmin sistem tam qurulmayıb, yarımçıq qalıb. Xüsusən də, informasiya kommunikasiya sahəsi öz həllini tapmayıb. Proses proqramlaşdırılmayıb, tam informasiya təminatı, server yaradılmayıb. Üstəlik, yollarda həyata keçirilən qazıntı işləri zamanı kommunikasiya xətlərinin bir hissəsi zədələnsə də, bu günə qədər bərpa olunmayaraq qalır. Bilirsiniz ki, ictimai nəqliyyatın vaxt baxımından hansı anda gəlib-getdiyini monitorda görmək üçün avtobusun daxilində həmin informasiyanı ötürən qurğu olmalıdır. Ancaq nəqliyyat sisteminin Bakı Nəqliyyat Agentliyinin tabeliyinə keçənə qədər arada olan fasilə fonunda avtobusların bəziləri istismardan çıxarılıb, bəziləri də həmin qurğuya lazımsız əşya kimi baxaraq çıxarıb atıblar. Bu səbəbdən də nə qədər ki, prosesdə tam tamamlanma işləri baş tutmayıb, nəqliyyatın intelektual idarəetmə sistemi də çalışmayacaq. İş yarımçıq olub, görülən işlərin də bir hissəsi sıradan çıxıb”.
 
Qeyd edək ki, bir neçə il öncə, nəqliyyatın idarə olunması Nəqliyyat Nazirliyinin tabeliyində olanda müasir dövrün tələblərinə cavab vermək üçün ictimai nəqliyyatda intelektual idarəetmə sisteminin qurulmasına start verildi. Lakin ötən müddət ərzində bu prosesdə hər hansı bir irəliləyişin şahidi olmadıq. Bir müddət sistem ötəri işləsə də, sonradan yenidən dayandırıldı. Hazırda paytaxtda ictimai nəqliyyatın idarə olunmasına Bakı Nəqliyyat Agentliyi nəzarət edir. Amma hələ də intelektual idarəetmə sistemi öz həllini tapmayıb.
 
ELÇİN
Sfera.az
Загрузка...
loading...
Загрузка...