Fon yüklənir...
Загрузка...

"Onlara toxunmaq olmaz" - Deputat qanunu pozan restoranlar haqda

Загрузка...

"Kimsə arxayın olmasa səs-küylü atəşfəşanlığın nə dərəcədə mənfi təsir göstərdiyini bilə-bilə, hər halda bu cür addımlar atmaqda maraqlı olmaz”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Bakının bir sıra restoran və şadlıq evlərində gecə yarıdan sonra səs-küylə müşayiət olunan atəşfəşanlığın qanunla qadağan olunmasına baxmayaraq, ona əməl edilməməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib.
 
Millət vəkilinin fikrincə, özlərinə arxayın olan bu tip iaşə obyektlərinin həmin qanunsuz fəaliyyətinə qarşı hazırkı şəraitdə mübarizə aparmaq mümkünsüzdür:
 
"Mümkün deyil. Çünki restoranlar arasında da imtiyazlı və imtiyazı olmayanlar var. İmtiyazlı restoran sahiblərinə də qanunu pozmalarına rəğmən nəsə etmək mümkün deyil. Onlara toxunmaq olmaz. Ona görə də bu məsələni həll etməyin heç bir yolu yoxdur. Nə qədər və haçan istəyirlər səs-küylü atəşfəşanlıq etsin, fişəng atsınlar. Sadəcə adam öldürməsinlər. Vəssalam. Bundan sonra səs-küylə xalqı nə qədər narahat edir, qoy etsinlər. Belə restoran sahiblərinə təsir etməyin hər hansı bir mümkün yolu yoxdur, bunu görmürəm. Çünki ölkəmizdə bu kimi məsələlərdə hüquq işləmir. Həmin restoranlar üçün hüququn hər hansı bir keçərliyi yoxdur. Kimsə arxayın olmasa bunun nə dərəcədə təsir göstərdiyini bilə-bilə hər halda bu cür addımlar atmaqda maraqlı olmaz. Ona görə də həmin məsələni ancaq belə bir kontekstdə qiymətləndirmək olar”.
 
Qeyd edək ki, qanunla restoran, şadlıq evləri və digər bu tip iaşə obyektlərində gecə yarıdan sonra atəşfəşanlıq etmək, səs-küy salmaq, fişəng atmaq qadağan edilib. Ancaq buna baxmayaraq, hələ də paytaxt sakinlərinin bir çoxu gecə saat 24.00-dan sonra sözügedən iaşə obyektlərində həmin halların baş verməsindən şikayət edirlər. Hansı ki, bu fonda həmin obyektlər insanların istirahətini pozurlar. Bu narazılıq onu göstərir ki, bir çox bu tip obyektlər hələ də qanunlara hörmət, əməl etmir, onları belə demək mümkünsə, saya salmırlar.
 
ELÇİN 
Sfera.az
Загрузка...
loading...
Загрузка...