Fon yüklənir...
Загрузка...

“Şərq bazarı”nda nələr olacaq? (FOTOLAR)

Загрузка...
“Şərq bazarı”nda nələr olacaq? (FOTOLAR)

Xəbər verdiyimiz kimi, "Şərq bazarı” bir müddətdir ki, təmirə bağlanıb. Memarlıq abidəsinin söküləcəyi ilə bağlı informasiyalar narahatlığa səbəb olsa da, Nərimanov rayon İcra Hakimiyyətindən tikilinin milli üslubunun qorunması şərti ilə rekonstruksiya olunacağı və bərpa layihəsinin hazırlandığı bildirilib.

Qaynarinfo xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq "Şərq bazarı”nın konseptual bərpa layihəsi hazırlanıb. Layihənin bərpası zamanı ilk növbədə bazarın beynəlxalq bərpa normativlərinə görə orijinal layihəsinə qaytarılması və müasir standartlara uyğun yenidən xalqın istifadəsinə verilməsi nəzərdə tutulub.

Bazarın orijinal təyinatı ilə yanaşı, müasir tələblərə uyğun yeni iaşə məkanlarının yerli və əcnəbi turistlərin daimi görüş yerinə çevrilməsi düşünülür. Bazarın nəzdində ədviyyat, quru meyvələr, təbii təbabət və kənd təsərrüfatı məhsulları, suvenir mağazaları, yarmarkalar, kiçik və böyük həcmlərdə dulusçuluq, papaqçılıq, xalçaçılıq kimi emalatxanalar, şərq üslübunda hamam, milli restoran, kafelər və s. obyektlər planlaşdırılır.

Qeyd edək ki, "Şərq bazarı” 1982-ci ildə memarlar P.İ.Yarinovski və U.V.Revazovun layihələri əsasında inşa olunub və  2001-ci ildə Nazirlər Kabinetinin qərarı əsasında respublikanın tarixi memarlıq abidələri siyahısına daxil edilib. Eyni zamanda Azərbaycan tarixində şərqin ən böyük memarlıq mükafatı olan "Ağa Xan” memarlıq mükafatına namizəd olan ilk layihədir.
Загрузка...
loading...
Загрузка...