Fon yüklənir...
Загрузка...

"Mançester Yunayted" yeni baş məşqçisi açıqlandı

Загрузка...

"Mançester Yunayted" yeni baş məşqçisinin adını açıqlayıb.

Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, İngiltərə klubu Ole Qunnar Sulşerlə anlaşıb. O, mövsümün sonunadək komandaya başçılıq edəcək.

Qeyd edək ki, 45 yaşlı norveçli mütəxəssis 2015-ci ildən vətənində "Molde" klubunu çalışdırırdı. O, əvvəllər "Mançester Yunayted"in əvəzedici komandasına, "Kardiff Siti"yə və  Norveçin "Klausenengen" klubunun U-19 komandasına başçılıq edib. Sulşer 1996-2007-ci illərdə "Mançester Yunayted"in formasını geyinib.
Загрузка...
loading...
Загрузка...