Loading...
17 ildir yarımçığıq!!!

17 ildir yarımçığıq!!!

Loading...
Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 17 il ötür.

APA-nın xəbərinə görə, 23 avqust 1993-cü ildə ümumi sahəsi 139393 hektar olan Füzuli rayonun qərb hissəsindən (50 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən işğal olunub.

Füzuli rayonunun ərazisi 1386 kv.km, əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 2 şəhər (Füzuli, Horadiz), 75 kənd və başqa yaşayış məntəqələri var.

Cəbrayıl və Füzulinin işğalından 17 il keçir

İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri fəaliyyət göstərib.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. Məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri var. Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərib.

Cəbrayıl və Füzulinin işğalından 17 il keçir

Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36 361 nəfər uşaq zərər çəkib, onlardan 155-i yetim qalıb.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3 olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min m3 olan Quruçay qum-çınqıl qarışığı yataqları var.

Cəbrayıl və Füzulinin işğalından 17 il keçir

Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılmış və işğala qədər mühafizə olunub.

Bu gün həm də sahəsi 104980 hektar olan Cəbrayıl rayonunun erməni işğalçıları tərəfindən zəbt olunduğu gündür. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb. Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq, məhv edilib. Cəbrayılın işğalı zamanı 246 nəfər şəhid olub, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.

Cəbrayıl və Füzulinin işğalından 17 il keçir

Cəbrayıl və Füzulinin işğalından 17 il keçir

Cəbrayıl və Füzulinin işğalından 17 il keçir
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Fan-coil

26 Avqust 2010 12:45

Zaman her seyi hell edir ele bizi de helle edir fellow

D-e-V-i-L

25 Avqust 2010 10:55

Xeber yaxshidi TsK

Enigma

24 Avqust 2010 17:04

DEYİLƏSİ ÇOX ŞEYLƏR VAR AMMA KİMƏ DEYƏSƏN???

VIGOROUS GIRL

24 Avqust 2010 17:00

BIR GOZ QIRPIMINDA GELDI-KECDI 17 IL...EHHH INSALLAH TORPAQLARIMIZ DUSMEN ELLERINDEN QURTULAR...

_Ayka21_

24 Avqust 2010 16:59

hmmm coox sagolun xabare gore......

ESTRELLA

24 Avqust 2010 15:55

Sitat: Alize Deniz
BU İL, GƏLƏN İL DEYƏ DEYƏ 17 İL KEÇDİ... sad

hmm sad

Bapbalaca

24 Avqust 2010 15:44

Demişəm və yenə də deyirəm, torpaqlarımızı illər keçsədə sülh yolu ilə almaq mümkün olmayacaqdır. Millətimizin o nümayəndələrinə halaldır ki, 17ildir ki, ümidlə yaşayır ki, yox , qayıdacaq geri. Necə qayıda bilər ki, ermənilər özləri üçün lazımı olan şəraiti Qarabağın gözəl dağlıq yerlərində yaradıblar. Onlar heç verərlər bizə sülh yolu ilə əsla! Ancaq millətimiz bir olmalıdır, güclü orduya sahib olmalıyıq, ancaq ki, əsgərliklərimizdən xəbərdarsınız, odur ki, heç bizdə babat orduda yoxdur. Hazırki vəziyyətlə irəli doğru getsək özümüzünkülər özlərin qırar. Ancaq inanmıram ki, nə vaxtsa, millətimiz bir olar.



Hörmətlə

music_my_life

24 Avqust 2010 14:34

birce torpaqlarmizi geri ala bilseydik

_Zac_Efron_

24 Avqust 2010 13:37

Sitat: Baunti
men muharibe olmaisni istemirem esline qalsa onsuzda burdaki qacqinlar oz torpaqlarina qayitmaq fikirleri yoxdu

Raziyam burda ele qacqinlar varki ele yaxwi heyat surulerki adama herden opnlara baxanda sadece soz tapa bilmirem.YUrdlari duwmen taptagi altibda amma onlrlar burda kef cekirler.ALLAH sebr versin bize.
--------------------
Лучше умереть стоя, чем жить на коленях

Babydoll

24 Avqust 2010 12:14

Sitat: HUGO-BOSS
Hər il bir ili sayırıq onun üçün dəyişmir.Ama vaxtı ilə öz torpağlarımızı satqınların əlinə verməsəydik indi bu vəziyyət olmuyacağdi.


Is-isden kecib artiq.Satqinlarin eline verilib qurtarib.
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

Balım

24 Avqust 2010 10:17

BU İL, GƏLƏN İL DEYƏ DEYƏ 17 İL KEÇDİ... sad

denizim

24 Avqust 2010 09:53

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

kudesnik

24 Avqust 2010 06:14

inshallah vaxt geler burda torpaqlarimizin geri qyitmasinin 17 illiyini qeyd edek!

Gitarist

24 Avqust 2010 02:34

Sitat: besti
men hec inanmiram torpaqlarimiz qayida qayitsa oda sulhle olmayacaq inu bilirem

Yox ola biler qayitsin amma mencede sulhle yox, cox Teessuf Muharibe yolu ile olacaq mence :((

YERAZGIRL

23 Avqust 2010 23:45

men hec inanmiram torpaqlarimiz qayida qayitsa oda sulhle olmayacaq inu bilirem

FLOR

23 Avqust 2010 23:34

cavanlar haqda hec ne deye bilmerem amma qacqin yasdi adamlar taniyiram ki o torpaqlar haqda danisanda hesret gorunur gozlerinde(((((((

Matilla

23 Avqust 2010 23:27

vay vay !!!

10-suz

23 Avqust 2010 23:13

ili ile sata sata oturmusuq daaaaaa

Xeyale Flx

23 Avqust 2010 23:00

ya Sebr!!! artiq sebr de qalmayib fellow

LARACROFT

23 Avqust 2010 22:51

Sitat: HUGO-BOSS
Ehhh her il eyni şeylər


Aha.Hər il bu arzunu arzulayırıq."İNŞALLAH tezliklə torpaaqlarımız qayıdar".
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

İrmak

23 Avqust 2010 22:46

Sitat: Baunti
burdaki qacqinlar oz torpaqlarina qayitmaq fikirleri yoxdu

Hardan bilirsən bu dəq o qədər insan öz torpağlarına qayıtmağ isdəyir ki.Necə məcburi köçkün bakıda kasıb günündə yaşıyır ki ora qayıtmağdı tək ümüdləri.
Sitat: LiVe_MuSiC
95% qacqin wessotda gezir ele olacaqda hara qayidire onlar =)

Belədə ki sizin pulla gəzirlər o şessotlarda?Çalışıb gecələrin gündüz eləmiyib alıblar.
Sitat: Believix
Biz bele demekle hec ne deyismir.

Hər il bir ili sayırıq onun üçün dəyişmir.Ama vaxtı ilə öz torpağlarımızı satqınların əlinə verməsəydik indi bu vəziyyət olmuyacağdi.
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Babydoll

23 Avqust 2010 22:37

neynemek olar axi.Kecmisi vereqlemeqdense geleceye baxaq.Biz bele demekle hec ne deyismir.
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

Mamedovich

23 Avqust 2010 22:37

Muharibe olsa qacqinlardan bawqa hami gedecek =) 95% qacqin wessotda gezir ele olacaqda hara qayidire onlar =)

Special

23 Avqust 2010 22:07

men muharibe olmaisni istemirem esline qalsa onsuzda burdaki qacqinlar oz torpaqlarina qayitmaq fikirleri yoxdu

l2a1000

23 Avqust 2010 22:05

Sitat: HUGO-BOSS
Ehhh her il eyni şeylər

recourse

Nahid-19

23 Avqust 2010 21:52

Məndə Ramiz adlı kişinin supper bir şeiri var lap o yadıma düşdüü..Ehh belə görürəmki mən hərbiyə getmiyincə Qarabağı alan olmuyucey....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

İrmak

23 Avqust 2010 21:43

Ehhh her il eyni şeylər recourse
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

HBK

23 Avqust 2010 21:35

Ne diyim ee. Ele 17 ildir deyirik

Ruvi

23 Avqust 2010 21:34

Kecmis Azerbaycan iktidari utansin.