Loading...
Fransada həyat iflic oldu

Fransada həyat iflic oldu

Loading...
Fransada həyat iflic oldu

Fransada "sarı jiletlər" hərəkatının növbəti etiraz aksiyası başlayıb.
 
Trend-in məlumatına görə, Parisdə polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Qeyd olunur ki, bugünkü etiraz aksiyaları ilə əlaqədar Fransada ümumilikdə 90 minə yaxın polis səfərbər edilib.

Paytaxt Parisdə 8 min polis əməkdaş və 12 zirehli maşın hazır vəziyyətə gətirilib. İri şəhərlərdə ticarət mərkəzləri, muzeylər, eləcə də Eyfel qülləsi bağlanıb.

Futbol üzrə Fransa çempionatını bir neçə matçı təxirə salınıb. Bundan əvvəl məlumat verilirdi ki, Fransada dekabrın 8-i 89 mindən artıq hüquq-mühafizə orqanlarının əməkdaşı səfərbər olunacaq.
 
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.
 
Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.
 
Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR