Loading...
Türkiyəli məşhur model övladını Bakıda dünyaya gətirəcək

Türkiyəli məşhur model övladını Bakıda dünyaya gətirəcək

Loading...
Türkiyəli məşhur model övladını Bakıda dünyaya gətirəcək

Azərbaycanlı maneken Fərid Abdullayev özünün hamilə həyat yoldaşı, türk model Nagihan Abdullayeva ilə birlikdə Bakıya gəlib. O, burada xanımı ilə birgə fotosessiya edib.

AZXEBER.COM Sputnik Azərbaycan-a istinadən bildirir ki, Abdullayev özü bu barədə Instagram sosial şəbəkəsində xəbər verib və orada xanımı ilə birgə şəklini paylaşıb. Cütlük dəfələrlə Türkiyədə reklam layihələrində iştirak edib. İndi isə Bakıya çatar-çatmaz onlara əməkdaşlıq təklifi gəlib.

Reklam fotolayihəsi ilə əlaqədar olaraq cütlük birgə fotosessiya edib. Burada Nagihan Abdullayeva özünün böyümüş qarnını nümayiş etdirib. Model övladını Bakıda dünyaya gətirmək niyyətindədir.
Xatırladaq ki, Fərid və Nagihan Abdullayevlər Türkiyə telekanallarından birində yayımlanan "Zühal Topalla izdivaç" evlənmə şousunda iştirak edərkən tanış olublar. Layihə başa çatandan sonra cütlük toyu təkcə Türkiyədə deyil, eləcə də Azərbaycanda etmək qərarına gəliblər və bu arzunu reallaşdırıblar. Hazırda Abdullayevlər əsasən Türkiyədə yaşayırlar və orada müxtəlif brendlərin reklam çarxlarında moda nümayiş etdirirlər.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR