Loading...
Evli qadınla görüntülü danışıb intim görüntülərini VİDEOYA ÇƏKDİ - Azərbaycanda

Evli qadınla görüntülü danışıb intim görüntülərini VİDEOYA ÇƏKDİ - Azərbaycanda

Loading...
Evli qadınla görüntülü danışıb intim görüntülərini VİDEOYA ÇƏKDİ - Azərbaycanda

Evli qadını şantaj edərək külli miqdarda pul tələb etməkdə təqsirləndirilən Miryusif Məmmədov barəsində olan birinci instansiya məhkəməsinin hökmündən şikayət edib.

Miryusif Məmmədovun şikayəti Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Şikayət məhkəmənin hakimi Qədim Babayevin icraatına verilib.

Qeyd edək ki, ittiham aktına görə, bu il martın 9-da Bakı şəhər sakini Nigar (ad şərtdir) Qaradağ RPİ 10-cu polis bölməsinə ərizə ilə müraciət edərək, göstərib ki, 2017-ci ilin martından cari ilin mart ayınadək tanışı Miryusif Məmmədovun onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.


Bunun əvəzində şantaj yolu ilə hissə-hissə ondan 5140 manat və 4000 dollar alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Miryusif Məmmədov saxlanılıb və barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İstintaqın gedişatında məlum olub ki, Miryusif Məmmədov Arzu Nəzərova ilə sosial şəbəkədə tanış olub, aralarında yaxın münasibət yaranıb, bir-birlərinə intim şəkillərini göndəriblər. Daha sonra görüntülü danışmağa başlayıblar, Miryusif Arzunun intim hərəkətlərini videoya çəkib və sonra onu şantaj edib.

Evli olan Nəzərova Məmmədova hissə-hissə pul verib. Axırıncı dəfə Miryusif yenə pul tələb etdikdə, zərərçəkmiş polisə şikayət edib.

Qaradağ rayon Məhkəməsinin hökmü ilə Miryusif Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. /open.az
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR