Loading...
Rafael Cəbrayılov:

Rafael Cəbrayılov: "Dövlət himninə toxunmaq olmaz”!

Loading...
Rafael Cəbrayılov:

"Bu insanlar ilk növbədə xalqımızın ciddi müqaviməti ilə qarşılaşmışlar"

Deputat Millət vəkili Tahir Kərimlinin Azərbaycan dövlət himni ilə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmır. Tahir Kərimlinin Milli Məclisdə həmkarı Rafael Cəbrayılov da məsələ ilə bağlı AzNews.az-a açıqlama verib. R.Cəbrayılov deyib ki, dövlət rəmzləri olmadan heç bir dövləti təsəvvür etmək mümkün deyil:

"Azərbaycan Respublikasının da dövlət bayrağı, dövlət gerbi və dövlət himnindən ibarət dövlət rəmzləri Konstitutiyamızın 23-cü maddəsində və hər bir dövlət rəmzi barədə konstitusiya qanunlarında təsbit edilib. Respublikamız 1991-ci ildə düvlət müstəqilliyini bərpa edəndə özünü 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi varisi elan edib. Deməli, Respublikamız Cümhuriyyətin dövlət rəmzlərinə də sahib cıxıb. Bu gün də müasir Azərbaycan Respublikası Cümhuriyyətin dövlət rəmzlərini şərəflə daşıyır. Müəllifləri Əhməd Cavad və Üzeyir Hacıbəyov olan dövlət himnimiz təxminən 2,2 dəqiqə davam edən möhtəşəm bir əsərdir. Dövlət himnimiz xalqımızın şərəfli tarixini, vətənpərvərliyini, dövlətinə sədaqətini özündə ehtiva edən bir möhtəşəm əsərdir”.

Millət vəkili onu da bildirib ki, müxtəlif vaxtlarda dövlət himnimizi şeir, vəzn, qafiyə, musiqi qaydaları və s. baxımından "təftiş” etməyə cəhd edənlərimiz olub:

"Bu insanlar ilk növbədə xalqımızın ciddi müqaviməti ilə qarşılaşmışlar. Azərbaycan Xalq Cümhuriyyəti şərəfli tariximiz olduğu kimi dövlət rəmzlərimiz də bu tariximizin daşıyıcılarıdır. Dövlət himninin minor ladda yazılmasını, guya "mərsiyyə təsiri” bağışlaması, guya 4 dəqiqə davam etməsi "səbəb”lərindən dəyişdirilməsinə ehtiyac duyulduğunu söyləmək xalqımızın şərəfli tarixinə xəyanətkar hücumdur. Bu Azərbaycan xalqı və dövlətçiliyi qarşısında möhtəşəm xidmətlər göstərmiş Əhməd Cavad və Üzeyir Hacıbəyovun ruhlarına hücumdur. Azərbaycanın dövlət rəmzləri də dövlet müstəqilliyimiz kimi hər bir azərbaycanlı ücün əziz və müqəddəsdir. Odur ki, dövlət rəmzlərimizə, o cümlədən, dövlət himnimizə toxunmaq olmaz”.



Rafael Cəbrayılov:
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR