Fon yüklənir...
Загрузка...

Tramp bu nazirini də istefaya göndərməyə hazırlaşır

Загрузка...
Tramp bu nazirini də istefaya göndərməyə hazırlaşır

Donald Tramp müdafiə naziri Ceyms Mettisi istefaya göndərə bilər.

Sfera.az xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində deyib:

"Ola bilsin ki, o getsin. Həqiqəti bilmək istəyirsinizsə, onun bir növ demokrat olduğunu düşünürəm”.

Tramp hökumətə vəzifə almaq üçün gözləyən fenomenal adamların olduğunu bildirib. O, bunu Ağ Evdə xaos baş verməsi kimi yozmamağa çağırıb.

Prezident Tramp Mettisdən istefa verməsini istəməsini bu şəkildə çatdırıb:

"Biz Mettislə iki gün əvvəl nahar etdik, lakin müəyyən məqamda hamı gedir”.

Qeyd edək ki, Tramp daha əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylini vəzifəsindən azad etmişdi.

Rəsul
Sfera.az

 
Загрузка...
loading...
Загрузка...