Fon yüklənir...
Загрузка...

Nə edim ki, uşaq xəstələnməsin? - Pediatrdan 7 məsləhət

Загрузка...
Nə edim ki, uşaq xəstələnməsin? - Pediatrdan 7 məsləhət

Soyuq fəsillərdə uşaqlar daha tez-tez virus və soyuqdəymə xəstəliklərinə tutulur.

Lakin pediatrlar sübut edir ki, əksər hallarda bunun səbəbi virusların artması deyil, uşaqlara düzgün olmayan baxımdır.

Rusiyalı pediatr Anna Birka uşaqları xəstəliklərdən qorumaq üçün bəzi çox sadə tövsiyələri verib. Sfera.az saglamolun.az-a istinadən bu tövsiyələr ilə tanış olmağa təklif edir.

1. Uşaq soyuq fəsillərdə də hər gün açıq havada gəzməlidir. Bu immun sisteminin möhkəmləndirilməsi üçün ən sadə və effektli vasitədir.

2. Uşağı çox isti geyindirməyin ki, uşaq tərləməsin. Tərləyəndə uşaq daha tez xəstələnir.  

3. Uşaq daha tez-tez əllərini yumalıdır. Bu virusların orqanizmə daxil olmasına mane olur. Hər dəfə çöldən evə qayıdanda uşaq əllərini və üzünü yaxşı yumalı, boğazını adi su ilə qarqara etməlidir.

 

4. Soyuq fəsillərdə uşağın qidalanmasında soğan və sarımsağın miqdarını artırır.  Bu 2 məhsul təsdiq olunmuş virus əleyhinə təsirə malikdir.

5. Uşaq mütləq kifayət qədər maye qəbul etməlidir. Bu selikli qişların nəmliyini təmin edir. Selikli qişalar quruyanda onların bizi mikrob və viruslardan qorumaq qabiliyyəti kəskin azalır.

6. Uşağa yerli-yersiz dərman, vitamin, immuniteti möhkəmləndirən preparatları və s. verməyin, boğaz və burun spreylərdən istifadə etməyin. Bu nəinki xəstəliyin qarşısını almayacaq, əksinə uşağın orqanizmini səbəbsiz yerə yükləyəcək.

7. Uşağın qidalanması çeşidli olmalıdır. Şərt deyil ki, uşaq çox yesin. Əsas odur ki, uşağın gündəlik menyusunda müxtəlif məhsullar olsun - süd məhsulları, sıyıqlar, meyvə, tərəvəz, ət (balıq, toyuq).

Sonda Anna Birka qeyd edib ki, uşaqların heç xəstələnməməsi mümkün deyil. Bu təbii prosesdir. Axı uşağın immun sistemi də uşaqla birlikdə böyüyür və formalaşır. Lakin uşaq "xəstəlikdən çıxmır"sa, bu da normal sayıla bilməz.

Загрузка...
loading...
Загрузка...