Fon yüklənir...
Загрузка...

Bayram namazının vaxtı açıqlandı

Загрузка...
Bayram namazının vaxtı açıqlandı

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, ilk bayram namazı avqustun 22-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 9:00-da isə Təzəpir  məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq. 

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə bayram namazını Təzəpir məscidində qılacaq.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 22-si və 23-ü qeyri-iş günüdür. 

Загрузка...
loading...
Загрузка...