Loading...
AKP-li deputatdan Adnan Oktar ilə bağlı sensasiyalı açıqlamalar

AKP-li deputatdan Adnan Oktar ilə bağlı sensasiyalı açıqlamalar

Loading...
AKP-li deputatdan Adnan Oktar ilə bağlı sensasiyalı açıqlamalar

Türkiyənin hakim AKP partiyasının deputatı Səlcuq Özdağ həbs olunan Adnan Oktarla bağlı sensasiyalı açıqlamalar verib.

Sfera.az ölkə mətbuatına istinadən xəbər verir ki, Özdağ Adnan Oktarın Türkiyə parlamentinə ardıcıl şəkildə gələn adamlarının olduğunu, tez-tez millət vəkillərini ziyarət etdiklərini və Adnan Oktarın vətənpərvərliyi ilə bağlı təbliğat apardıqlarını deyib:

"17-25 dekabr (2013) əməliyyatlarından sonra yanıma gələn bu qrupun üzvləri cənab Rəcəb Tayyib Ərdoğan və Fətullah Gülənin barışdırılmasının vacibliyini, illər boyu birlikdə olan iki qardaş strukturun bir yerdə ölkə üçün faydalı olacağını bildirirdilər. "Biz bu məsələdə vasitəçi olmaq istəyirik” dedilər. Mən 17/25 dekabr əməliyyatları ilə bağlı nələr görülməli olunduğunu özlərinə dedim, və "Bu işə qarışmayın. Ərdoğan bu məsələdə haqlıdır” dedim. Fətullahçıların dövlətə sahib olmaq istədiklərini, bunun da səhv olduğunu səsləndirdim”.

Özdağ Adnan Oktar qruplaşmasının müxtəlif yerlərə bağlı olduqlarını qeyd edib:

"Məsələn, bunların adamları məni İsrail televiziyasına çıxarmaq üçün cəhdlər etdilər. Belə bir proqram üçün biletimi alıb İstanbula dəvət etdilər. Qəbul etmədim. Bunlar daha əvvəl masonluğa qarşı ikən sonra masonluğu tərifləyən açıqlamalar verdilər. İsrail ilə bu qədər yaxın olmaları ortaya suallar çıxardı”.
 
Rəsul
Sfera.az



Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR