Loading...
Adnan Oktarın “sağ əli” qaçmağı bacardı – 20 cinayətdən axtarılır - FOTO

Adnan Oktarın “sağ əli” qaçmağı bacardı – 20 cinayətdən axtarılır - FOTO

Loading...
Adnan Oktarın “sağ əli” qaçmağı bacardı – 20 cinayətdən axtarılır - FOTO

İctimaiyyət arasında Adnan Hoca adı ilə tanınan Adnan Oktar və müridlərinə qarşı aparılan həbs əməliyyatı zamanı şəbəkənin 2 nömrəli adamı kimi tanınan Tarkan Yavaş qaçıb.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Elmi Araşdırma Vəqfinin sabiq sədri olan Tarkan Yavaş azyaşlı qız uşağına qarşı cinsi istismar,
dələduzluq, beynəlxalq agentlik ittihamları daxil olmaqla 20 cinayətdən axtarılır. Tarkan Yavaşın silahlı olduğu bildirilir.

Xatırladaq ki, Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin apardığı əməliyyatda Adnan Oktar daxil 235 şübhəli şəxs saxlanılmışdı.

30 ildən çoxdur Adnan Oktarın dost qrupuna daxil olan Tarkan Yavaş İstanbul Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. Adnan Oktarın "sağ əli” kimi tanınan Tarkan Yavaş ölkə daxili və ölkə xarici aktiv fəaliyyət aparıb. Onun Adnan ktarın bütün sirlərindən xəbərdar olduğu bildirilir.
 
Rəsul
Sfera.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR