Loading...
Azərbaycanda hansı məhsullarda bahalaşma hiss edilir? - Ekspert açıqladı

Azərbaycanda hansı məhsullarda bahalaşma hiss edilir? - Ekspert açıqladı

Loading...
Azərbaycanda hansı məhsullarda bahalaşma hiss edilir? - Ekspert açıqladı

Son bir neçə aydır ki, Türkiyədə bir çox məhsulların qiymətində kəskin artım nəzərə çarpır. Maraqlıdır, qonşu ölkədə yaşanan bu hal Azərbaycanda təkrarlana bilərmi.

Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bu haqda danışıb:

"Son aylarda Türkiyədə milli valyutalarının kəskin ucuzlaşmasının şahidi olduq. Türkiyədə baş verən inflyasiyanın səbəbləri fərqlidir. Əsas səbəblərdən biri də budur ki, Türkiyə idxal məhsullarından kifayət qədər asılıdır. Hətta Türkiyədə istehsal olunan məhsulların xammalı belə çox zaman valyuta ilə alınır. Azərbaycanda isə vəziyyət fərqlidir”. 

İqtisadçı qeyd edir ki, bir ildən artıq müddətdir ki, inzibati qaydada da olsa dollar-manat nisbəti sabitləşib: 

"Mərkəzi Bank tərəfindən məzənnə sabit saxlanılır. Bu səbəbdən də xaricdən gətirilən məhsulların qiymətində müəyyən qədər də olsa sabitlik bərpa olunub. Lakin avrozona məhsullarının qiymətində fərq hiss olunur. Manatla müqayisədə avro təxminən 15 faiz bahalaşıb. Xüsusən də dərmanlar, uşaq yeməkləri, avtomobillər və onların ehtiyat hissələrində qiymət artımı müşahidə edilir”.

İqtisadçı bildirir ki, mövsümi amillə əlaqədar olaraq Azərbaycanda ərzaq və kənd təsərrüfatı bazarında qiymət artımı səngiyib:
 
"Kənd təsərrüfatı məhsullarının bazara daha çox çıxması ilə əlaqədar qiymət artımı səngiyib. Oktyabradək bu məhsulların qiymətində müəyyən sabitlik yaranacaq”.

İlin sonuna doğru proqnozlar isə bədbindir:

"İlin sonuna doğru məzənnənin sabit qalması inflyasiyanın aşağı olmasına dəstək verəcək. Lakin məzənnədə dəyişiklik olsa, qiymətlərdə artım olacaq. Hətta məzənnə sabit qalsa, bayramın gəlişi ilə əlaqədar olaraq noyabr-yanvar aylarında ərzaq məhsullarında qiymət artımı müşahidə ediləcək. Çox güman ki, ilin sonunda həmin prosesi müşahidə edəcəyik”. 

Nigar Məhərrəm
Sfera.az
Azərbaycanda hansı məhsullarda bahalaşma hiss edilir? - Ekspert açıqladı
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR