Loading...
“Azərişıq”: “Azərenerji” elektrik enerjisini ötürdükcə, “Azərişıq” abonentləri işıqla təmin edəcək

"Bu dəqiqəyə olan məlumata görə, ölkənin elektroenergetika strukturlarının gərgin əməyi sayəsində Respublika və paytaxt Bakının böyük hissəsi elektrik enerjisi ilə təchiz olunub. Artıq Bakının 100 faizinə, regionların isə ümumilikdə 80 faizinə elektrik enerjisi verilib”.
"APA-Economics” xəbər verir ki, bunu "Azərişıq” ASC-nin  mətbuat katibi Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, Bakı Metropoliteni, xəstəxanalar, hərbi hissələr, su kanalizasiya və başqa dövlət əhəmiyyətli obyektlər tam şəkildə elektrik şəbəkəsinə qoşulub.
"İstehsalçı "Azərenerji” ASC tərəfindən elektrik enerjisi ötürüldükcə, paylayıcı "Azərişıq” ASC abonentləri işıqla təmin edəcək. İstehlakçıların keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində zəruri bütün addımlar atılır və ən qısa vaxtda 100 faiz problem aradan qaldırılacaq", - deyə T.Mustafayev vurğulayıb.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR