Loading...
Azərbaycanda gömrük-sərhəd buraxılış məntəqələrindən keçid daha da asanlaşdırılacaq

Azərbaycanda gömrük-sərhəd buraxılış məntəqələrindən keçid daha da asanlaşdırılacaq

Loading...
Azərbaycanda gömrük-sərhəd buraxılış məntəqələrindən keçid daha da asanlaşdırılacaq

Azərbaycanda gömrük-sərhəd buraxılış məntəqələrindən keçidin daha da asanlaşdırılması və sürətləndirilməsi nəzərdə tutulur.
 
Trend xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.

Onun sözlərinə görə, DGK sədrinin 14 may 2018-ci il tarixli "Gömrük sistemində həyata keçirilmiş islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən, Baş idarə və İdarə, həmçinin Komitənin struktur bölmələrinin bununla bağlı təkliflər hazırlayıb yaradılmış xüsusi komissiyaya təqdim ediblər:
"Təkliflər 1 ay ərzində araşdırılıb DGK sədrinə təqdim olunacaq. Daha sonra həmin təkliflər baxılması üçün hökumətə təqdim olunacaq. Əgər təkliflər qəbul olunarsa, Gömrük Məcəlləsinə köklü dəyişikliklərin edilməsi gözlənilir. Qanunvericilikdə dəyişiklik edilərsə, o zaman gömrük-sərhəd buraxılış məntəqələrində vətəndaş-məmur təması minimuma endiriləcək, nəqliyyat vasitələrinin və malların şəffaf və sürətli keçidi təmin olunacaq. Bu da öz növbəsində ölkədə sahibkarlığın və biznes mühitinin inkişafına təsir göstərəcək”.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR