Loading...
“Maşın” şounu saxtakarlıqda ittiham etmişdi - Final gecəsinə çağırılmadı

“Maşın” şounu saxtakarlıqda ittiham etmişdi - Final gecəsinə çağırılmadı

Loading...
“Maşın” şounu saxtakarlıqda ittiham etmişdi - Final gecəsinə çağırılmadı

ATV kanalında yayımlanan "Xanımlar və cənablar 2” devizi ilə start götürən "Maşın” realiti şousunun final gecəsi keçirilib.

Sfera.az unikal.org-a istinadən xəbər verir ki, final gecəsinə şounun iştirakçıları arasında olan ATV kanalının 4 aparıcısı- İlhamə Bədəlova, Mətanət Əliverdiyeva, Aytən Səfərova və Günel Hümbətova qatılmayıb.

Aparıcı İlhamə Bədəlova, Aytən Səfərova, Günel Hümbətovanın iştirakçılara etiraz əlaməti olaraq mərasimdə iştirak etmədikləri məlum olub

Amma şounu ümumi saxtakarlıqda ittiham edən Mətanət Əliverdiyevanın bu dəfə layihənin rəhbəri Murad Dadaşov tərəfindən final gecəsinə dəvət edilmədiyi barədə məlumatlar dolaşır.

Qeyd edək ki, M. Əliverdiyeva ATV kanalında aparıcı Yusifin təqdimatı ilə yayımlanan "10-dan sonra” verilişində "Maşın” şouyla bağlı gözlənilməz açıqlama verərək şounun saxta bir oyun olduğunu bildirmişdi: "Orada göndərilən SMS-lərin düzgün hesablanmamasının şahidi oldum. Bilirsiniz ki, mən açıq danışan qadın olmuşam”.

Mətanətin verilişdə səsləndirdiyi ifadələr dərhal ATV kanalının rəsmi sayıtında yerləşdirildi. Amma üzərindən bir gün keçdikdən sonra verilişin görüntüləri ATV.az sayıtının rəsmi YouTube səhfəsindən yığışdırıldı.

Xatırladaq ki, Mətanət Əliverdiyeva "Maşın” şouda az səs toplayaraq oyundan kənarlaşdırılıb.
 

 
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR