Loading...

Bakıda avtomobillə vurulan iki piyada öldü
Xəbərlər
- 09 İyun, 2018
- 304 Baxış
Loading...

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, iyunun 9-da saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nəriman Məmmədov vurulub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bundan başqa, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində Bakı şəhər sakini Qurban Məhərrəmov idarə etdiyi "TOFAŞ” markalı avtomobillə yolu keçən paytaxt sakini Emiliya Cəbrayılovanı vuraraq öldürüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...