Loading...
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

Loading...
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Departamentdən APA-ya verilən görə, Bakı və Abşeron yarımadasında iyunun 7-si axşamdan 9-u gündüzədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. İyunun 9-da gecə və səhər  bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
İyunun 7-si gündüz şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Qeyri-sabit hava şəraiti iyunun 11-dək davam edəcək.




Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR