Loading...

"Ağzından siqaret, dilindən söyüş düşmür" - Xatirə

Loading...

"Azərbaycanda müğənni var ki, hamı onun ətəyində namaz qılmaq kimi imic yaradıb. Amma onun ağzından siqaret, dilindən söyüş düşmür. Təqdimatı belə gedib. İnsanda bəxt yaxşı yaxşı şeydir".

Bu sözləri müğənni Xatirə İslam "Hər şey daxil" verilişində deyib. Sənətçinin bu sözləri sosial şəbəkədə də müzakirələrə səbəb olub. Hər kəs ifaçını bu sözünə görə qınayıb.
Xatirə açıqlama verərək tənqidlərə münasibət bildirib:

"Dünəndən hara baxıram özümü görürəm. Mənə maraqlı deyil kim nə edir. Sözünü çəkinmədən, heç kəsdən qorxmadan deyən sənətçilərdənəm. Dünənki sözüm yerinə düşdü və mən də buna münasibətimi bildirdim. Bu da mənim subyektiv fikrimdir. Heç kəs inciməsin. Əslində üzdə başqa cür olub, özünü xalqa başqa cür təqdim edənlərə fikir bildirmişəm. Bu da əslində bir siyasətdir. Sözlərim kimə aiddirsə, özünə götürsün. Ya görsəndiyin kimi ol, ya da olduğun kimi görsən"./axsam.az
 
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR