Loading...
Dövlət Agentliyi: Azərbaycanda həkimlərin sayı Avropa İttifaqı ölkələrindəki orta həkim sayından aşağıdır

"Azərbaycan əhalisi tədricən qocalmağa doğru gedir. Buna görə də ölkədə tibbi xidmətlərə ehtiyac artacaq".
 
APA-nın xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) təşəbbüsü və Səhiyyə Nazirliyinin dəstəyi ilə "Ailə həkimi İnstitutunun inkişafının yeni mərhələsində icbari tibbi sığortanın rolu" mövzusunda keçirilən tədbirdə İTSDA-nın Səhiyyə departamentinin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova deyib.
 
O bildirib ki, 2005-ci ilə kimi ölkənin tibbi kadr potensialı yetərincə olub: "O zaman Azərbaycanda həkimlərin sayı yüksək idi. Lakin hazırda Azərbaycanda həkimlərin sayı Avropa İttifaqı (Aİ) ölkələrindəki orta həkim sayından aşağıdır. Orta tibb işçilərinin sayı da azdır. Əgər lazımi tədbirlər görülməsə, müəyyən müddətdən sonra ölkə tibbi kadr çatışmazlığı ilə üzləşə bilər".
 
Şöbə müdiri qeyd edib ki, Azərbaycanda ölüm göstəriciləri 2006-cı illə müqayisədə artıb.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR